Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehman Əliyevdən Emin Hüseynova qarşı "sövdələşmə" iddiası


Emin Hüseynov haradadır? Bu sual on gündən artıqdır ki, mətbuatın gündəmindən düşmür


Hüquq müdafiəçilərinə və demokratik təsisatlara qarşı həbs dalğası başlayandan bu günə kimi mediada həbs olunanlardan daha çox Reportyorların Azadlığı və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovun və qardaşı Mehman Hüseynovun adı hallanır.

Bu günlərdə RATİ-nin rəhbəri ilə bağlı ən şok iddiaları isə “Turan” informasiya agentlinin rəhbəri Mehman Əliyev səsləndirib. Onun sözlərinə görə, nə dövlətin, nə də beynəlxalq təşkilatların E. Hüseynovu axtarmamasının səbəbi hər ikisinin onun harada olması haqqında məlumatlı olmasıdır: “Məndə Emin Hüseynovla bağlı hər hansı məlumat yoxdur. Ancaq mən bu hadisədə ilk gündən maraqlı bir şey müşahidə edirəm. Nə hakimiyyət Emin Hüseynovu ciddi şəkildə axtarmır, nə də beynəlxalq təşkilatlar hay-haray salmır ki, bu insan haradadır.

Sanki hökumətlə Azərbaycanda demokratiyaya dəstək olmaq istəyən beynəlxalq təşkilatlar, xarici dövlətlərin səfirlikləri arasında bir sövdələşmə var.

Məsələn, xatırlatmaq istəyirəm, Leyla Yunusun aprel ayında ölkədən çıxması ilə bağlı bir razılıq olmuşdu ki, o sakit bir şəkildə ölkədən çıxacaq və bununla bağlı Azərbaycan tərəfi üçün heç bir problem yaşanmayacaq. Sonradan qəfildən qərar dəyişdi, onu saxladılar və indi də biz şahidi olduğumuz proseslər baş verir.

Mən hiss edirəm ki, burada da hər hansı sövdələşmə var. Çünki hökumət onu demək olar ki, axtarmır. Nə beynəlxalq təşkilatlardan, nə də hökumətdən kimsə məndən soruşmayıb ki, o haradadır və ya onun haqqında nə bilirsən.

Axtarmırlarsa, deməli, onlar Eminin harada olduğunu bilirlər. Mən bilmirəm o indi ölkədədir, yoxsa xaricdədir. Ancaq onun harada olması haqqında məlumat, demək olar ki, hər iki tərəfdə var. Bu günə qədər onun yerinin açıqlanmaması isə o deməkdir ki, hökumətlə beynəlxalq qurumlar arasında razılaşma tam müəyyənləşməyib. Ancaq hiss olunur ki, hansısa proses gedir. Buna görə də tərəflər hələlik həyacan siqnalı verməyiblər”.

Bu arada Mehman Hüseynovla əlaqə saxladığını deyənlərin sayı artır. Yayılan məlumatlara görə, o yaxın günlərdə ortaya çıxacaq (musavat.com).


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar