Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehriban Əliyeva mükafatlandırıldı


Oktyabrın 2-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb


V.Matviyenko deyib: "Biz, Sizi Rusiyada çox yaxşı tanıyırıq. Təkcə Prezidentin həyat yoldaşı kimi deyil, başqa cəhətdən də tanıyırıq. Siz həqiqətən çox böyük ictimai fəaliyyət göstərirsiniz. Həm Azərbaycan parlamentinin üzvü, həm Heydər Əliyev Fondunun prezidenti, həm xoşməramlı səfir kimi. Siz həmişə Rusiyada arzulanan qonaqsınız. Sizin qızınız Leyla da Moskvada gənclər hərəkatı, gənclər təşkilatları ilə çox böyük işlər aparır. Bu yaxınlarda Moskvada çox parlaq tədbir keçirildi. Mühüm olan odur ki, bütün ailə Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmlənməsi üçün böyük işlər görür. Mən fürsətdən istifadə edərək, həmkarlarım adımdan Rusiya-Azərbaycan münasibətlərinin inkişafına və humanitar əməkdaşlığa verdiyiniz töhfəyə görə Sizin fəaliyyətinizin qiymətləndirilməsi məqsədilə Federasiya Şurası tərəfindən təsis olunan medalı təqdim etmək istəyirəm. Bu medal MDB ölkələrinin Parlamentlərarası Assambleyasının əməkdaşlığa görə ali mükafatıdır. Biz bu mükafatı ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verən şəxslərə təqdim edirik".

Mehriban Əliyava isə bildirib: "Mən bu mükafata görə Sizə dərin minnətdarlığımı bildirirəm. Siz çıxışınızda Rusiya ilə Azərbaycan arasında olan münasibətlər barədə çox yaxşı danışdınız. Çıxışınız həqiqətən bütün sahələri əhatə edirdi. Buna görə də mən təkrar etmək istəmirəm. Təkcə onu demək istəyirəm ki, bizim bütün sahələrdəki münasibətlərimiz iki qonşu ölkənin öz siyasətini, münasibətlərini qarşılıqlı hörmət, dostluq və qarşılıqlı maraqlar əsasında qurmaq nümunəsi ola bilər. Həmişə belə olub və əminəm ki, bundan sonra da belə olacaq. Heydər Əliyev Fondunun verdiyi kiçik töhfələrin qiymətləndirilməsinə şadam. Sevinirəm ki, indi layihələr genişlənir. Bu yaxınlarda Prezident Həştərxanda olub. Mən tədbirə televizorda baxırdım və mənə çox xoşdur ki, Heydər Əliyev Fondunun adı çəkilirdi. Bizim münasibətlərimizdə Leylanın fəal iştirakı qeyd olundu. Yəni, bütün bunlar təbii proseslərdir və əminəm ki, bundan sonra da belə davam edəcək. Bir daha dəyərli mükafata görə çox sağ olun. Əminəm ki, bundan sonra daha da sıx əməkdaşlıq edəcəyik".

V.Matviyenko qeyd edib ki, Beynəlxalq Humanitar Forum Bakıda daimi qeydiyyata götürülüb və dünyada artıq Bakı Forumu kimi tanınır: 

"Bu, Azərbaycanın və şəxsən Sizin böyük töhfənizdir. Mən Sizin humanitar sahədə, bütövlükdə dünyada, dövlətlər arasında, Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlığın möhkəmləndirilməsi sahəsində nə qədər çox iş gördüyünüzü bilirəm. Bu, Azərbaycanın nüfuzunu artırır və Azərbaycanın xidmətlərinin dünyada, bütövlükdə dünya siyasətində, xüsusən humanitar sahədə tanınmasına verilən töhfədir. Fikrimcə, bu, ölkənin statusunu daha da yüksəldir. Azərbaycanın yüksək templə inkişaf etməsi, Bakının bu cür dəyişməsi böyük hörmətə layiqdir. Buna görə, Sizi belə əlamətdar hadisə münasibətilə təbrik edirik və mənim həmkarlarım, Federasiya Şurasının üzvləri həmişə humanitar sahədə belə əməkdaşlıq etməyə hazırıq".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar