Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehriban Əliyevanın iştirakı ilə Afinada Azərbaycan Mədəniyyəti Günləri başlayıb - Fotolar


Sentyabrın 27-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Afinada Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Yunanıstanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndəsi Dora Bakoyanni, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos ilə görüşüb və birgə nahar edib


PİA.AZ-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, axşam beş min tamaşaçı tutumu olan Afinanın qədim məkanlarından biri- “İrodio” Teatrında Heydər Əliyev Fondunun, Azərbaycanın Yunanıstandakı səfirliyinin və Yunanıstanın Marianna Vardinoyannis Fondunun birgə təşkilatçılığı ilə xeyriyyə konserti keçirilib.
 
Konsertdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, Yunanıstanın ictimai-siyasi və mədəni dairələrinin nüfuzlu şəxsləri, Afina sakinləri və turistlər iştirak ediblər.
 
Tədbirin aparıcısı Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, beynəlxalq aləmdə böyük nüfuza malik olan Fond dünyanın bir çox ölkələrində müxtəlif sahələrlə bağlı layihələr həyata keçirir. Mədəniyyət bu layihələr arasında xüsusi yer tutur. Qeyd olunub ki, tədbirin məqsədi Yunanıstanda təhsilə dəstək layihəsinə yardım xarakteri daşıyır. Sonra çıxış edən Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini, siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, mədəni əməkdaşlığın bu əlaqələrdə xüsusi yer tutduğunu qeyd edib. Səfir Yunanıstanda ölkəmizlə bağlı dolğun məlumatın olduğunu deyərək bu tədbirin də Azərbaycanı daha yaxşı tanıtmaqda mühüm rol oynayacağını vurğulayıb, bu işə verdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.
 
Çıxışlardan sonra konsert olub. Afina tamaşaçılarının qarşısına Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestri və Dövlət rəqs ansamblı çıxıblar.
 
Konsert ölkəmizin həm milli dəyərlərə, həm də müasir meyllərə eyni dərəcədə hörmətlə yanaşdığını nümayiş etdirib. Tamaşaçılar isə bu vəhdəti milli musiqimizin maraqlı interpretasiyalarında hiss ediblər.
 
Konsertdə Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, xalqımızın mədəni ənənələrində və tarixində dərin köklərə malik olan muğam da səslənib.
 
Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçirilən bu konsertdə dinləyicilərə heyranedici sənət nümunələri təqdim olunub.











Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar