Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meksika qəzeti Ermənistanı Moskvanın siyasi “qucaq iti” adlandırdı


Meksikanın nüfuzlu ingilisdilli “The News” qəzeti Ermənistanın Metsamor atom elektrik stansiyası və onun təhlükəsi barədə məqalə dərc edib


Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, qəzetin baş redaktoru Tereza Marqolisin müəllifliyi ilə “Yenidən Çernobıl” sərlövhəli məqalədə bildirilir ki, Çernobıl və Fukuşimadan daha dağıdıcı bir nüvə qəzasının olması gözlənilir və bu potensial nüvə fəlakəti geosiyasi fırıldaqlıqlar və iqtisadi maraqlar tərəfindən alovlandırılır.

Məqalədə qeyd olunur ki, seysmik zonada yerləşən Metsamor AES-in Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən 2016-cı ilə qədər istifadə ediləməsi uyğun hesab edilib, lakin buna baxmayaraq rəsmi Yerevan Metsamorun 2026-cı ilə qədər fəaliyyətinə davam edəcəyini açıqlayıb.

Həmçinin məqalədə qeyd olunur ki, istifadə müddəti bitən Metsamorun yerinə bu il Ermənistanda yeni nüvə bloku inşa edilməli idi, lakin milli büdcə kəsintiləri və beynəlxalq dəstəyin çətinliyi səbəbiylə, onun tikintisinə başlanılmadı.

Müəllif Ermənistandan keçmiş Sovet İttifaqı ölkələri içərisində ən kasıb ölkələrindən biri və Moskvanın siyasi “qucaq iti” kimi bəhs edərək nəzərə çatdırıb ki, Ermənistan Metsamorun yeni blokunun inşasının yarısını ödəmək üçün Rusiya ilə anlaşıb, qalan 2,5 milyard dolların maliyyələşdirilməsi məsələsində isə Fransanı razı salıb.

Eyni zamanda T.Marqolis bildirir ki, Metsamor stansiyasının ilə bağlı ən böyük narahatlıq doğuran məsələ budur ki, bir qəza halında ortaya çıxacaq radiasiyanın qarşısının alınması üçün heç bir mühafizə binası, polad və ya konkret qoruyucu örtük yoxdur.

Müəllif, Avstriyanın Vyana Tətbiqi Ekologiya İnstitutuna görə dağlıq regionda yerləşən Metsamor AES-də qəza baş verəcəyi təqdirdə reaktorun aktiv zonasının soyudulması üçün tələb olunan qədər su olmadığını vurğulayır. "İndilik Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin enerji ehtiyaclarını qarşılamaq məqsədilə gözləmə oyunu oynadığı və öz xalqının, eləcə də, digər xalqların təhlükəsizliyini qumara qoyub".("Report")

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar