Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meksikadan Azərbaycanla bağlı qətnamə


Meksika Konqresinin Daimi Komissiyasının Xarici Əlaqələr, Müdafiə və İctimai Təhsil üzrə İkinci Komitəsində “Federal icra hakimiyyətini Azərbaycan Respublikası ilə Meksika arasında münasibətlərin genişləndirilməsi üçün zəruri addımlar atmağa çağıran razılaşma mövqeyi üzrə birgə təklif” adlı qətnamə qəbul edilib


Axar.az-ın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sənəd Daimi Komissiyaya Meksika Senatı Xarici əlaqələr komissiyasının sədri senator Qabriela Kuevas Barron, senator Pilar Orteqa Martinez və senator Xuan Karlos Romero tərəfindən təqdim edilib.
 
Qətnamədə Azərbaycan haqqında məlumat verilərək 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulduğu, Meksikanın Azərbaycan ilə Latın Amerikası arasında bir körpü rolunu oynadığı, müstəqilliyini əldə etdikdən sonra ölkəmizin neft iqtisadi inkişafa nail olduğu və bütün bunların ölkədə kommunikasiya, elm və texnologiya, sosial rifahın yüksəlişi, müasirləşmə və innovasiyalara səbəb olduğu qeyd edilib.
 
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu vurğulanaraq, Qafqazın ən strateji ölkələrindən biri olduğu diqqətə çatdırılıb. Ölkəmizin neftin hasilatı, istismarı və emalı sahəsində 150 ildən artıq təcrübəyə malik olduğu və Meksikanın bu təcrübədən bəhrələnə biləcəyi və Azərbaycandan əldə ediləcək biliklərin köməyi ilə hazırda Meksikada mövcud olan neft resurslarının istismar edilə biləcəyi kimi məqamlar da sənəddə öz əksini tapıb.
 
Azərbaycanın kənd təsərrüfatı, turizm, yoxsulluğun azaldılması, qeyri-neft sektorunun inkişafı sahələrindəki nailiyyətləri barədə məlumat verilərək ölkənin enerji, turizm, mədən sənayesi, telekommunikasiya, elm, texnologiya və digər sahələrə beynəlxalq sərmayələr yatırdığı bildirilib.
 
Sözügedən sənəddə eləcə də hər iki ölkənin zəngin mədəni irsə malik olduğu qeyd edilərək Azərbaycan xalçalarının bəşər irsinin bir hissəsi olduğu, musiqi, ədəbiyyat, rəqs, incəsənət, mətbəx, kino və bayramların ölkə mədəniyyətinin əsas elementlərini təşkil etdiyi bildirilib.
 
Qətnamədə iki ölkə arasında iqtisadi, enerji, mədəniyyət, kənd təsərrüfatı tədqiqatları, texnoloji inkişaf səhələrində əməkdaşlığın vacibliyi vurğulanaraq Meksika Federal Hökumətinə Azərbaycan və Meksika arasında münasibətlərin gücləndirilməsinin zəruriliyi ilə bağlı çağırış edilib.
 
Qətnamə Meksika Senatının rəsmi internet ünvanında yerləşdirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar