Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəbin dirçəlişi, yaxud olimpiada hərəkatı


Respublika Fənn olimpiadalarının final mərhələsi qaliblərinin mükafatlandırılması mərasimindən açıq göründü ki, deyəsən məktəblərimizdə canlanma başlayıb


Məktəblərdəki süstlük aradan qalxır. Məktəblə bağlı yaranmış pessimist ovqat cəmiyyəti xeyli narahat edirdi. 

Bizim orta məktəblərdə təhsilin keyfiyyətinin qiymətləndirilməsinin sadə meyarları var. Dərslərə davamiyyətin zəif olması, buraxılış və qəbul imtahanlarının acınacaqlı nəticələri, müəllim hazırlığının zəif aparılması, məktəb idarəetməsinin özünü doğrultmaması və s. Bura məktəblilərin bilik yarışmalarında könülsüz iştirakını da əlavə etmək olar. Bütün bunları aradan qaldırmadan canlanma yaratmaq mümkün deyil. Təhsil nazirliyinin yeni rəhbərliyinin islahatların orta təhsildən başlaması kursu doğrudur. Yeni rəhbərlik  bunu dəyərləndirə bildi. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası sənədi tənzimləyici funksiyasını yerinə yetirməyə başlayıb. Strategiyanın artıq nəticələri var. Təhsilverənin əməkhaqqı əsaslı şəkildə yüksəldilib. Mən burada əsaslı anlayışını müəllimə verilən maaşın onun keçdiyi dərsin keyfiyyəti ilə qeyri- mütənasib olması mənasında işlətdim. Məzmundan tutmuş idarəetmənin yaxşılaşdırılmasına qədər irəliləyişlərin işartısı görünməyə başlayıb. 

Bizim məktəblərin ucbatından minlərlə istedad sönüb. Bu məktəbin və məktəblə bağlı qurumların sayğısızlığından irəli gəlib. Bura məktəb mühitinin cansıxıcı olmasını, məktəbə olan inamın azalmasını da əlavə etmək olar. Məktəbləri  durğunluq məngənəsindən çıxarmağın vaxtı çatıb. Olimpiada ilə bağlı son tədbiri bu istiqamətdə çalışmaların biri və birincisi adlandırmaq olar. 

Nazir Mikayıl Cabbarovun çıxışından: “Bu il fənn olimpiadalarının keçirilməsi bir sıra yeniliklərlə müşayiət olunub. İlk dəfə olaraq üç mərhələdə keçirilmiş fənn olimpiadalarının I – rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird iştirak edib. 3700 şagirdin iştirakı ilə bu ildən ilk dəfə olaraq, keçirilmiş yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə təşkil olunub. Final mərhələsində iştirak edən şagirdlərdən 240 nəfərin mükafatçılar sırasına daxil olduğunu nəzərə çatdıran nazir qaliblər arasından beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizədlərin seçiləcəyinə diqqət çəkib”.

İndi diqqət edin Olimpiadada 8 fənn üzrə iştirak edən şagirdlərimizin sayı bir tədris ilində ali məktəblərə daxil olan tələbələrin sayına yaxınlaşan rəqəmdir. Məsələnin əsas mahiyyəti bundan ibarətdir. Bunun adını Olimpiada hərəkatı da qoymaq olar. Bu rəqəmin ötən ildəkindən 4 dəfə çox olması bunun hərəkat adlandırılmasına əsas verir. Şagirdlər olimpiadanın çətin suallarından qorxmadan bu mötəbər bilik yarışmasında iştirak edirlər. Olimpiada hərəkatı həm də şagirdlərin bir-biri ilə ünsiyyətini genişləndirir. Burada Bakı şəhəri də daxil olmaqla Azərbaycanın bütün rayonlarından uşaqlar təmsil olunurlar. Qaliblər region və  şəhər məktəb fərqini sildilər. 

Bu ilki olimpiadada diqqəti çəkən mühüm özəlliklərdən biri də birincilərin birincisi üzrə qaliblərin aşkara çıxarılması oldu. Bu həm də gözəl motivasiyadır. Belə yüksək pilləni tutmaq üçün daha yaxşı çalışmaq lazım gələcək.
Beləliklə, olimpiada hərəkatı:
Ali məktəblərə yüksək bal toplayan abituriyentlərin sayını artıracaq;
Uşaqların elmə həvəsini gücləndirəcək;
Məktəb proqramlarını olimpiada çalışmalarına (qismən də olsa ) yönləndirəcək;
Müəllimlərin üzərinə əlavə yük qoyacaq.
Bu həm də;

Məktəbin qarşısında dayanan 3 mühüm suala aydınlıq gətirəcək: 

Məktəbdən nə tələb olunur?

Məktəblər nə ilə məşğul olurlar?

Məktəblər nə ilə məşğul olmalıdırlar?

Birincisi məktəbin vəzifəsi, ikincisi funksiyası, üçüncüsü məqsədi ilə bağlı qoyulan sualdır.  Bilik yarışması (fənn olimpiadaları), güc yarışması (olimpiya oyunları) ilə kəmiyyət və keyfiyyət göstəricilərinə görə identiklik təşkil etməyə başlayıb. Elə bizim istədiyimiz yaxşı vətəndaş bu iki hərəkatın fövqündə yetişəcək. Bu isə təhsilin qarşısına qoyulan əsas məqsədlərdən biri deyilmi?(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar