Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəblərdə narkomaniya bəlası


Fazil Mustafa: “Gizlətməli deyil, orta məktəblərdə narkomaniya sürətlə yayılmaqdadır”


Məlahət Mürşüdlü: “Məktəbə narkotik vasitələri gətirən şagirdlərin olduğunu müşahidə etmişik”

Millət vəkili Fazil Mustafa orta məktəblərlə narkomaniya ilə bağlı həyəcan siqnalı çalıb. Belə ki, o, orta məktəblərdə narkomaniyanın sürətlə yayılmaqda olduğunu bildirib: "Gizlətməli deyil, orta məktəblərdə narkomaniya sürətlə yayılmaqdadır, təhsildən yayınaraq qeyri-hüquqi fəaliyyətlərə cəlb edilən kifayət qədər yeniyetmələr var. Ona görə də bu işi təkcə bir Daxili İşlər Nazirliyinin və Təhsil Nazirliyinin üzərinə qoymaq olmaz. Mütləq stimullaşdırıcı addımlar atmaq vacibdir ki, ayrı-ayrı vətəndaşlar bu halların qarşısının alınmasına cəlb olunsunlar. Problemdən xəbəri olan məktəblilərin yaxınları hüquq-mühafizə orqanları ilə təmasdan çəkinməsinlər. 

Daxili İşlər Nazirliyində Milli Məclisin Hüquq siyasəti və Dövlət Quruculuğu, Elm və Təhsil, İnsan Hüquqları komitələrinin üzvləri ilə məlumatlandırma və fikir mübadiləsi xarakterli görüş təşkil etmək olar, təhsillə, insan hüquqları ilə bağlı ixtisaslaşmış QHT-lərin də keçirilən profilaktik tədbirlərdə iştirakını təmin etmək olar. Səhiyyə Nazirliyi hər üç aydan bir məktəblərdə oğlanların narkotik aludəçiliyi ehtimalını aşkara çıxaran profilaktik yoxlamalar həyata keçirə bilər. Qanunvericilikdə də bu istiqamətdə məsuliyyəti gücləndirən əlavə və dəyişikliklər edilməsi mümkündür. Bu məsələyə ona görə həssas yanaşılmalıdır ki, sonradan narkotik aludəsi olanların böyük əksəriyyəti bu vərdişi yetkinlik yaşlarından çevrənin təsiri ilə qazanırlar”.

Hələlik millət vəkilinin səsləndirdiyi bu fikirlərə Təhsil Nazirliyindən münasibət yoxdur. Ancaq Daxili İşlər Nazirliyində "Daxili işlər orqanlarında qanunçuluğa riayət olunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi" və "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası" sahələrində görülən işlərin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov bildirdi ki, yetkinlik yaşına çatmayanların hüquq pozuntularına şərait yaradan halların profilaktikası üzrə polisin aidiyyəti xidmətləri tərəfindən dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə 1210 reyd və yoxlama keçirilib: 

"Bütövlükdə, son 1 il 6 ay ərzində müxtəlif qanun pozuntularına və nəzarətsizliyə görə polis orqanlarına, xususi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 7890, o cümlədən dilənçilik edən 985 azyaşlı, eləcə də uşaqları qanunazidd fəaliyyətə cəlb edən və cəmiyyətə zidd həyat tərzi keçirən 297 valideyn gətirilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Bununla yanaşı, 117 cinayət törətmiş 124 yetkinlik yaşına çatmayandan ibarət 41 qrup zərərsizləşdirilmiş, 729 cinayət törətmiş 756 azyaşlı müəyyən edilib”.

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü isə bildirir: "Şəhər məktəblərində belə faktları müşahidə etməmişik. Amma Bakıətrafı, xüsusən də cənub bölgəsində olan məktəblərdə belə faktlar var. Bu da çox az saydadır. Orada məktəbə nakotik vasitələri gətirən şagirdlərin olduğunu müşahidə etmişik. Amma belə hallarda artım yoxdur”.

Ekspert bu cür hallara əsas səbəb kimi, valideyn nəzarətinin zəif olmasını görür: "Məktəb proqram materiallarında narkomaniyaya qarşı mübarizə ilə bağlı fikirlər yer alır. Amma bu, yetərincə deyil. Çünki, onlar mövzuların daxilində sadəcə, xatırlatma kimi verilir. Belə olmamalıdır. 8-ci sinifdən başlayaraq sistemli şəkildə bu məsələ uşaqlara tədris olunmalıdır. Görüşlər təşkil edilməli, məsləhət saatları olmalıdır. Valideynlər və şagirdlər arasında bu işlər mütəmadi şəkildə aparılmalıdır. İşini ziyanlı olduğunu uşaqlara mütləq aşılamaq lazımdır. Tədris proqramında ayrıca mövzu olmalıdır. Yəni, işlər kampaniya xarakterli yox, sistemli şəkildə aparılmalıdır. Çünki, əsasən bu işlərə zəif iradəli uşaqlar qurşanırlar”.(movqe.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar