Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəblilərə saqqal və uzun saç qadağan olundu


Tacikistanda məktəblilərə saqqal və uzun saç saxlamaq qadağan olunub


Oxu.Az-ın Avesta nəşrinə istinadən xəbərinə görə, şagirdlərə müvafiq tələblər ölkənin Elm və Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilib.   

Qeyd olunur ki, bu qaydalara riayət təhsil ocaqlarında şagirdlər arasında bərabərliyi təmin edəcək. 

Qızlara məktəbdə hicab, qısa və dar geyimlər qadağandır. Həmçinin bir cütdən artıq sırğa, burun, boğaz və qaşlara bəzək əşyaları taxmaq və makiyaj etmək olmaz.

Həm oğlan, həm də qızlara cırıq cins, üzərində reklam və ya digər ölkənin simvolu olan köynəkləri geyinmək qadağan edilib. İdman geyimlərinə yalnız bədən tərbiyəsi dərslərində və ya iməcilik zamanı icazə verilir. 

Oğlanlara həmçinin dırnaq saxlamaq, üzük və sırğa taxmaq qadağandır.

Bayramlar zamanı məktəblilərə rəsmi geyimlər tövsiyə olunur: tünd rəngli kostyum (qızların yubkaları dizdən aşağı olmalıdır) və ayaqqabı, ağ köynək, qalstuk.

Təhsil nazirliyi formaları yerli istehsalçılardan almağı məsləhət görür.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar