Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Melania Trampın gödəkçəsi ABŞ-ı qarışdırdı - Fotolar

Açıqlama Donald Trampdan gəldi


Amerikada ölkəyə qeyri-qanuni girən qaçqın uşaqlarının valideynlərindən ayrılması mübahisələri davam edir.

Musavat.com dünya mediasına istinadən xəbər verir ki, bu mübahisələr zamanı Amerika prezidenti Donald Trampın həyat yoldaşı Melania Tramp qaçqın uşaqlarının qaldığı bir məkanı ziyarət edib. Birinci ledinin ziyarət zamanı geyindiyi gödəkçə isə mübahisə yaradıb.

M.Tramp Teksasın McAllen bölgəsində qaçqın uşaqların qaldığı bir təsisə sürpriz ziyarət edib. Burada media mənsublarına açıqlamalar verən Melania Tramp ictimaiyyətdə dartışmalara səbəb olan “qaçqın uşaqların valideynlərindən ayrılması” ilə bağlı tətbiqetmənin nəticələrini yerində görmək üçün Teksasa gəldiyini deyib. Yetkililərdən məlumat alacağını vurğulayan Tramp "Ailələrindən ayrılan uşaqların ən sürətli şəkildə yenidən valideynləri ilə bir araya gələ bilməsi üçün nə edə biləcəyimi soruşmağa gəldim” söyləyib.

Bundan başqa, Amerikan mediasında yer alan xəbərlərdə, qaçqın uşaqların ailələrindən ayrılmasına səbəb olan bu sistemdən vaz keçməsində Melania ilə qızı İvankanın da ciddi təsir gücünə malik olduğu iddia edilib.

Sözügedən xəbərlərdə həmçinin qeyd edilib ki, sözügedən xəbərlərdə dünən bir prezidentlik qərarnaməsi imzalayaraq, qaçqın uşaqların ailələri ilə bir yerdə qalması istiqamətində təlimat verən Tramp bununla da ölkədə özünə rəğbət qazanıb. Bununla paralel, M.Trampın ziyarət zamanı geyindiyi gödəkçənin kürək hissəsində "Həqiqətən də vecimə deyil. Bəs sənin?” sözlərinin yazılması da diqqət çəkib.
Melania Trumpın ceketi ABDyi karıştırdı Açıklama  Donald Trumptan geldi

Cəmiyyətin bəzi nümayəndələri bu mesajın qaçqın uşaqlarına ünvanlandığını dediyi halda, Donald Tramp mövzu ilə bağlı Tvitter hesabından açıqlama verib və aşağıdakıları yazıb: "Melanianın gödəkçəsinin arxasında yazılan “həqiqətən də vercimə deyil. Bəs sənin?” yazısı saxta medianın xəbərlərinə bir mesajdlr. Melani onların nə qədər ikiüzlü olduqlarını anladı və onlara artıq gerçəkdən əhəmiyyət vermir”.

Qaçqın mübahisələri davam edərkən Ağ Sarayda kabinetini toplayan Tramp qaçqınlarla bağlı yeni qanuni tənzimləmə edilmədiyini, bunun da demokratların problemi olduğunu deyib. “Onlar uşaqlara önəm vermirlər.

Demokratların bu mövzuda heç bir fikri yoxdur” qiymətləndirməsini edən Tramp eyni zamanda aşağıdakıları deyib: “Bu ölkədə qaçqınlıqla bağlı bir şeylər edə bilməmiz, qanuni bir addım ata bilməmiz lazımdır”.

Tramp eyni zamanda Meksika hakimiyyətinin də sözügedən qaçqınlar məsələsində heç bir şey etmədiyini bildirib: “Meksika bizim üçün heç bir şey etmir. Qaçqınlar Meksikadan eləcə rahatlıqla keçib gəlirlər. Sanki Central Parkda gəzirmiş kimi”.
Melania Trumpın ceketi ABDyi karıştırdı Açıklama  Donald Trumptan geldi
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar