Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məleykə Abbaszadə vətəndaşlarla görüşdü


TQDK sədri Qəbələ şəhərində vətəndaşları qəbul edib


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə aprelin 24-də mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qəbələ şəhərində vətəndaşlarla görüşüb. Qəbələ şəhər Mədəniyyət mərkəzində keçirilən qəbulda Qəbələ, İsmayıllı, ŞamaxıŞəki rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. 

Görüş zamanı vətəndaşlar ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul, əvvəlki illərin məzunu olan və hərbi xidmətə çağırış yaşı tamam olmuş oğlan abituriyentlərin sənəd qəbulu prosesində iştirakı, sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarına dair izahedici materialların dərc olunmasına dair TQDK-nın sədrinə rəy və sorğularını bildiriblər.

Görüş zamanı vətəndaşlar həmçinin TQDK-nın Qəbələ şəhərində regional bölməsinin yaradılmasını və ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər üçün SQK-ların sayının artırılmasını təklif ediblər.

Bütün müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin isə aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar