Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmmədovlar klanını qəzəbə gətirən kim və nədir?


Ziya Məmmədovun karyerasını kompromatlar bitirə bilər


Nəqliyyat nazirinin keçmiş şəriki Hafiz Məmmədovun qəfil iflası kimi möcüzəli dirçəlişi baş verməkdədir; “Hafka” ona pis günündə yamanlıq edənlərə “cəzalarını alacaqlar” xəbərdarlığını etmişdi; kompromat adlanan təkzibolunmaz materiallar Azərbaycanda hətta nazirləri həbsə qədər aparıb... 

“Hafka” ləqəbi ilə tanınan iş adamı, nəqliyyat nazirinin  keçmiş şəriki Hafiz Məmmədovun qəfil iflası kimi möcüzəli dirçəlişi baş verməkdədir. 2014-cü ildə maliyyə vəziyyəti gözlənilmədən pisləşən “Hafka”ya ilk zərbə də şəriklərindən gəldi. Biznesmenin oğlanlarına məxsus  “Bank of Azerbaijan” qapılarını bağlamağa məcbur oldu,  “Bağlan Qrup”u nazirin ailəsinə məxsus “Garant Holdinq”in binasından çıxardılar.

Eləcə də Hafiz Məmmədovun prezidenti olduğu “Bakı” klubunun bazasını və ümumiyyətlə,  klubu ondan almağa cəhdlər oldu. Onun “Eurovision” ərəfəsi Bakıya gətirdiyi 500-dən çox “London taksi”sinin gömrük rüsumunu ödəmədiyi də bu ərəfədə “ yada düşdü”, taksilər yolda saxlanıb cərimə meydançasına aparıldı.  H.Məmmədov “atam” dediyi Z.Məmmədovdan  bu cür zərbə gözləmirdi və gücü çatan qədər dirəniş göstərdi də...

Məmmədovlar keçmiş şərikləri ilə dartışmada  bütün mümkün variantlara əl atdılar və hətta Fransanın “Lans” klubunu ələ keçirmək üçün “Hafka”nın  imzasını belə saxtalaşdırmağa getdilər. Baş verənlərdən Fransa mediasından xəbər tutan “Hafka”  yazılı bəyanat yayaraq, Məmmədovları (ilk dəfə) hədələdi.  

Bəyanatda  “Hafka” klubun səhmlərini satmadığını və bununla bağlı heç bir sənədi imzalamadığını bildirdi.  H.Məmmədov ad çəkməsə də, “onlar buna görə öz cəzalarını alacaqlar” deyərək,  Məmmədovlar klanını açıq təhdid etdi.




Hələ o zaman da mediada belə iddialar vardı ki,  Məmmədovlar “Hafka” ilə davranışlarında sərhədləri qorumasa,  onlara qarşı kompromat savaşı başlaya bilər. Çünki “Hafka” uzun illər nazirlə biznes şəriki olub və onun bir çox  sirlərindən, xüsusilə də hakimiyyətdən gizli işlərindən xəbərdardır. Bu ilin mayında Beynəlxalq Bankla bağlı kredit qalmaqalına görə həbslər başlayanda “Hafka”nın da borclu olması səbəbindən ölkəni tərk etdiyi xəbəri yayıldı. Hətta H. Məmmədov barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçildiyi iddia olunurdu. Amma “Hafka” heç nədən çəkinməyərək, ölkəyə qayıtdı. 

Məlumatlara görə, “Hafka” ölkəyə qayıdaraq “Bank of Azerbaijan” üçün götürdüyü kreditlərin məsuliyyətini nəqliyyat nazirinin üzərinə qoyub. İş adamı istintaqa bankı nazir oğlu Anar Məmmədovun idarə etdiyini əsas gətirərək, kreditlərə də məhz onun cavabdeh olduğunu deyib. 

Hətta H.Məmmədovun bu məsələyə görə nəqliyyat nazirini hədələdiyi, onunla bağlı problem yoluna qoyulmayacağı təqdirdə birgə gördükləri bütün “qara işləri”, həmçinin nazir oğlu ilə bağlı faktları açıqlayacağı bildirilirdi. Başqa bir mənbə isə iddia edir ki, “Hafka” çevrəsində etibarlı iş adamı kimi tanınıb və “dostlarını ələ vermir”.




“Hafka”nın hakimiyyətlə hansı anlaşmaya getdiyi məlum deyil, bilinən budur ki, oliqarx ağır maliyyə sıxıntılarından xilas olub. Virtualaz.org saytı xəbər verir ki, bu həftə “Hafka” “Lans” klubu ilə bağlı problemləri həll etmək üçün Bakıya gələn nümayəndələrlə görüşüb.  

Görüşdə biznesmen oktyabr ayından maliyyə vəziyyətinin düzəlməyə başlayacağını və “Lans” klubu qarşısında maliyyə öhdəliklərini yerinə yetirəcəyini deyib. “Hafka” fransalı qubernatora bildirib ki, il ərzində onun maliyyə vəziyyəti mürəkkəb olaraq qalıb. Lakin oliqarx tezliklə dondurulmuş aktivlərinə çıxış imkanlarını geri qaytaracağını və borclarını ödəmək iqtidarında olacağını, o cümlədən “Lans”ın yüksək liqaya qayıtmasına kömək edəcəyini bildirib. Görüşdə “Hafka”nın hazırda tam siyasi və maliyyə reabilitasiyasının getdiyindən bəhs olunub.




Maraqlıdır, bir neçə ay əvvələdək ciddi maliyyə sıxıntıları səbəbindən hətta villasını belə itirmək həyəcanını yaşayan iş adamı yenidən biznes-elitaya qayıdır. Onun keçmiş şərikləri Məmmədovlar isə indi ağır günlərini yaşayırlar. Nazir işə çıxmır, son iki ayda ikinci “məzuniyyət”ini götürüb, oğlu ölkə xaricindədir, qardaşı deputat nişanını ayın sonunadək təhvil verir... Bu isə yalnız Məmmədovların “batan gəmisi”nin görünən hissəsidir.




Hakimiyyətdə kompromat savaşlarının tarixi yeni deyil. Kompromat adətən hakimiyyətdəki ən iri məmurlar barədə toplanır və lazım gəldikdə istifadə edilir. Mətbuata (televiziyaya) verilən bu tipli materiallara adətən hakimiyyət ya ciddi önəm vermir və ya qərəzli hesab edir. Əsas kompromatlar məhz iqtidar daxilində qərar verən mərkəzlərə ötürülür. İstənilən hakimiyyətin istənilən məmur haqda məxfi məlumat  toplamaq imkanları yetərincədir. Amma bu məlumatlar da bəzən çox “ütülü” olur. Kompromat isə özündə o qədər sirləri ehtiva edir ki, bəzən bir ehtiyatsız sözün qeydə alınması ən qüdrətli məmuru belə bitirməyə yetərlidir... Azərbaycanda da bir neçə yüksək vəzifəli şəxsi, hətta nazirləri bu kimi  təkzibolunmaz materialların bitirdiyi məlumdur.

Bəs Məmmədovları qəzəbə gətirən kim və nədir?(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar