Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmmədyarov Çavuşoğlu ilə görüşdü


Antalyada keçirilən üçtərəfli görüş başa çatıb


Antalyada Türkiyə, Azərbaycan, Türkmənistan üçtərəfli görüş baş tutub. 

Ans press-in məlujmatına görə, Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Antalyada keçirilən Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

XİN-in mətbuat xidmətindən bildirilir ki, görüşdə Azərbaycan və Türkiyə arasında ikitərəfli və çoxtərəfli əlaqələrə aid olan məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Terrorizmin bütün forma və təzahürləri, o cümlədən, Türkiyədə son günlərdə törədilən terror aktları qəti şəkildə pislənib. Terrorizmin qurbanı olan şəhidlərin ailələrinə başsağlığı ifadə olunub.

Regional əməkdaşlığın inkişafına, iqtisadi-ticarət əlaqələrinin və mal dövriyəsinin artmasına xidmət edəcək Bakı-Tbilis-Qars dəmir yol xəttinin tezliklə fəaliyyətə başlayacağına münasibətdə məmnunluq ifadə olunub.

Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin ardınca TAP və TANAP qaz layihələrinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı və regionun enerji mənzərəsini dəyişəcəyi diqqətə çatdırılıb.

Bu günlərdə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin iştirakı ilə Azərbaycanda keçirilən təlimin və ümumiyyətlə, iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın əməliyyat imkanlarının artırılmasına və regional sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət etdiyi deyilib.

Ermənistan-Azərbaycan münaqişəsinin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə həll edilməməsinin Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik üçün başlıca maneə olduğu vurğulanıb.

Üçtərəfli formatda Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə davamlı əsasda keçirilən bu görüşlərin kəsb etdiyi əhəmiyyət vurğulanıb. Bu formatda olan toplantıların üç ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar