Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmur Xocavənddə torpağı və subsidiyaları qohumları arasında bölüşdürür - FOTOFAKT

Uzun müddətdir kənd təsərrüfatının inkişafı üçün ayrılan subsidiyalar yerlərdə məmurlar tərəfindən mənimsənilir


Bu barədə ölkə mediasında kifayət qədər faktlara əsaslanan yazılar dərc olunsa da, neqativ halın qarşısının alınması üçün hüquqi addımlar atılmır.

 Buna səbəb isə subsidiyaları mənimsəyən məmurların şəbəkələşmiş formada fəaliyyət göstərməsidir.

Prezident İlham Əliyev cənabları "2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsinin birinci ilinin yekunları” haqda keçirdiyi konfransda da bu məsələyə toxunaraq büdcədən vəsaitlərin məmurlara yox, həqiqi fermer fəaliyyəti ilə məşğul olan insanlara ayrıldığını bildirmişdi.
 
Aqrar sektorun, xüsusilə də taxılçılığın inkişafı məqsədilə dövlətin ayırdığı subsidiyaların mənimsənildiyi rayonlardan biri də Xocavənd rayonudur.
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə, Xocavənd rayonundakı dövlət balansında olan torpaqlar rayonun vəzifəli şəxsləri arasında dədə malı kimi bölünüb. Məsələn, Rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov, başçının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Azər Süleymanov və Xocavənd Rayon Kənd Təsərrüfat İdarəsinin rəisi Rafail Mustafayev 3000 min hektara qədər əkin sahəsini öz qohum əqrabalarının, yaxın adamlarının arasında bölüşdürdüyü deyilir. Dövlətdən icarə ilə götürülən torpaqlar isə sonradan əkin-biçin ilə məğul olan insanlara dövlətə ödənilən rəsmi rüsumlardan qat-qat artığına icarəyə verilir. Dövlətin ayırdığı subsidiyalar torpağın hüquqi sahiblərinə - məmurlara və yaxud yaxın qohumlarına çatır. 
 
Təkcə ötən il Xocavənd Rayon Kənd Təsərrüfat İdarəsinin rəisi Rafail Mustafayev qardaşı Mustafayev Tofiqin və qardaşı oğlu Mustafayev Bərsailin adına Xocavənd rayonunun Əmiralılar kəndində rəsmiləşdirdiyi 402 hektar əkin sahəsinə görə toplam olaraq 36180 manat subsidiya alıb.
 
Qeyd edək ki, məlumata görə Xocavənd rayonunda torpaq və subsidiya maxinasiyaları yetərincədir. Böyük və yararlı torpaq sahələri məmurlar arasında bölünən Xocavənddə subsidiyaların xırda torpaq sahiblərinə rüşvətlə verildiyi deyilir.
 
Mənbə: Qlobal.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar