Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmur nəticə çıxarmırsa, deməli xəyanət edir – Fikrət Yusifov


Prezident yanvar ayının 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkədə real sektorun inkişafında və sosial məsələlərin həllində məmurların üzərinə düşən vəzifələri bir daha onların yadına saldı


Əlbəttə, bütün sahələrdə olduğu kimi, idarəçilikdə də yarıtmaz kadrlara, məsuliyyətini dərk edə bilməyən şəxslərə rast gəlinir. Ötən dövr ərzində cəmiyyət dəfələrlə şahid olub ki, yerində olmayan, vəzifə səlahiyyətlərindən sui-istifadə edən və ən nəhayət ailə üzvlərini qanunsuz əməllərdən çəkindirməyi bacarmayan məmurlar Prezidentin xəbərdarlıqlarına uyğun olaraq dərhal işdən azad olunublar, onların qanun pozmuş qohumları isə məhkəmə qarşısında dayanaraq əməllərinə görə cavab veriblər.  Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, övladının qanunsuz əməllərinə görə postunu itirən nazir də olub, icra başçıları da…  

Diqqət edirsinizsə Prezidentin ölkədaxili məsələlərə dair çıxışlarının ana xəttini əsasən bir tezis təşkil edir – “Məmurlar xalqın yanında olmalıdır…” Sözsüz ki, bu da təsadüfi deyil. Bu, Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən elan etdiyi sosialyönümlü siyasətin əsas tələbidir. Dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda da öz iradəsini bir daha aydın şəkildə nümayiş etdirərək məmurları xalqa xidmət etməyə çağırdı:  “Hesab etməməlidirlər ki, onların hansısa xüsusi statusu var. Onların statusu var - insanlara xidmət etmək, insanların problemlərini həll etmək, onlara qayğı göstərmək. İnsanları incitməməlidirlər, əksinə, qayğı, diqqət göstərməlidirlər və kömək etməlidirlər. Dediyim bütün bu amillər onların fəaliyyətinə verilən qiymətdə əsas rol oynayacaq”.  Olduqca dərin mətləbə söykənən bu çağırışı təhlil edə bilən məmur anlamalıdır ki, Prezident bununla dövlətə və onun özünə xidmətin yolunu göstərdi: Prezidentə və Dövlətə xidmət etmək istəyən xalqa xidmət etməlidir və bu xidmət əslində dövlətə və onun başçısına sədaqətin ən parlaq nümunəsidir. 
Təəssüflə qeyd eməliyik ki, Prezidentin bu çağırış və xabərdarlıqlarından nəticə çıxara bilməyən məmurlara bu gün də rast gəlinir.  Bəziləri xalqa xidmət əvəzinə, onun rifahına xələl yetirən, maraqlarına toxunan, dövlət vəsaitlərinin, talanması ilə müşayət olunan fəaliyyət formalarına üstünlük verirlər ki, bu da onların çox yaxın keçmişdə baş vermiş hadisələrdən nəticə cıxarmadıqlarını göstərir. Fəaliyyətini yalnız xalqın rifah halının yüksəldilməsinə yönəldən Prezidentin çağırışlarından nəticə çıxara bilməyən, məsuliyyətini dərk etməyən məmurlar özbaşnalığın və vəzifədən sui-istifadə hallarının nə ilə, hansı aqibətlə nəticələndiyini görmürlərmi? 

Məgər bimirlərmi ki, Prezident xalqın malına göz dikən, insanların heysiyyatına toxunan, rüşvət və korrupsiya bataqlığında çabalayan səlahiyyət sahiblərini bağışlamır? Axı o, açıq və aydın şəkildə hər kəsin nəzərinə çatdırır ki, kimliyindən asılı olmayaraq hər kəs öz əməlinə görə cavab verəcək.  O, “Hamı bilsin, Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur” deyirsə və atdığı addımıar da bilavasitə bu prinsipə söykənirsə, deməli bundan ancaq nəticə çıxarıb müəyyən olunmuş siyasətə uyğun fəaliyyət göstərmək lazımdır. Bu siyasətin mərkəzində isə ancaq Azərbaycan xalqı dayanır. Hədəf xalqın sosial durumunu yüksəltmək, işləmək istəyənlərə, yeni iş yerləri açmağa calışanlara şərait yaratmaq, inhisarçılığı aradan qaldırıb iş adamları üçün əlverişli rəqabət mühiti formalaşdırmaq, sahibkarlığı inkişaf etdirmək və son nəticədə cəmiyyətin hər bir üzvünə yüksək həyat səviyyəsi bəxş etməkdir. Kim dövlət başçısının inkişaf etdirdiyi bu xəttə xəyanət edəcəksə, deməli, dövlətə və Prezidentə xəyanət etmiş olacaq!

Təəssüf doğuran məqamlardan biri də odur ki, bu gün bəzi sahə rəhbərləri, orta səviyyəli məmurlar, yerli icra orqanlarının təmsilçiləri üzərlərinə düşən vəzifələri icra etmək əvəzinə gözləmə mövqeyində dayanırlar. Sanki bu adamlar elə hesab edirlər ki, onların işini də Prezident görməli, ən xırda məsələlərin həll yollarını da dövlət başçısı göstərməlidir. Xeyir, Prezident   dövlətin müəyyən etdiyi hədəfləri, sosial, iqtisadi, bank-maliyyə məsələləri və başqa məsələlər üzrə dövlətin proqramını bəyan edir. Yerli səviyyələrdə ortaya çıxan problemləri həll etmək isə məhz məmurların üzərinə düşür. Yox əgər məmur bundan sonra da gözləmə mövqeyi tutursa və bu səbəbdən yaranmış problem şişib cəmiyyətdə narazılığa gətirib çıxarırsa, deməli, məmur yerində deyil.  Dediklərimizə misal olaraq bir fakta diqqət yönəltmək istərdik. Hərçənd kifayət qədər başqa misallar da gətirmək olar. Ötən il ərzində baş vermiş iki devalvasiya və xüsusən də dekabr ayındakı devalvasiya bankların təkidi ilə xarici valyutada kredit götürmüş insanları böyük bir sosial problemlə üz-üzə qoyub. Burada söhbət milyonlarla insanın düşdüyü durumdan gedir. Fevral devalvasiyasına qədər 100 dollar krediti bağlamaq üçün 78 manat xərc çəkən vətəndaşın  fevralın 21-dən sonra həmin 100 dollar krediti bağlamaq üçün xərci 105 manata, dekabr ayının 21-dən sonra isə 160 manata gəlib çatdı. Yəni vətəndaş aylıq 100 dollarlıq kredit ödənişi üçün əvvəl ailə büdcəsindən 78 manat xərcləyirdisə indi o, bu 100 dollarlıq ödənişi etmək üçün əvvəlkindən 2 dəfədən çox xərcləməlidir. Sual olunur: Vətəndaşın günahı nədir? Bu müddət ərzində onun ailə büdcəsi artmadığı halda o, bu xərci hansı mənbələr hesabına bağlamalıdır?  

Əgər Mərkəzi Bank və onun rəhbərliyi səhv pul-kredit siyasəti ilə insanlara sosial məsələlərin həlli üçün kreditlərin xarici valyutada ayrılmasına göz yumubsa, indi bütün məsuliyyəti vətəndaş üzərinə yükləmək nə qədər doğrudur? Vətəndaş bu krediti, məsələn, xəstəsini müalicə etməyə, övladının təhsil haqqını ödəməyə, dünyasını dəyişmiş ailə üzvünün yas mərasimini yola verməyə götürüb. Yəni kreditlərin əsas hissəsi sosial təyinatlı kreditlərdir. Lakin Mərkəzi Bankın rəhbərliyi bu problemin həllinə istənilən diqqəti ayırmır. Banklar da müştəriyə ancaq bir sözü deyirlər: “Pulu ödəyin!” Necə, hansı vəsaitlə, bu bank sistemindəki səlahiyyət sahiblərini o qədər də maraqlandırmır. Bu dövlətin təəsübünü çəkən, Prezidentə xidmət itmək istəyən insanlar anlamalıdırlar ki, indiki cətin dönəmdə insanları “Bizə dəxli yoxdur, gedin pul tapıb ödəyin” tələbilə üz-üzə qoymaq olmaz.  Bu problemin optimal həll yolu tapılmalıdır və ümumiyyətlə, hesab edirik ki, dollarla götürülmüş kreditlərə dair məsələyə olduqca ciddi və olduqca həssas yanaşmaq lazımdır. Dırnaqarası münasibətə qətiyyən yol verilməməlidir. Cənab Prezidentin bir çağırışını gəlin bir daha yada salaq: “Bizim siyasətimiz sosial yonümlüdür. Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərini biz həll etməliyik”. Odur ki, bank rəhbərləri bu məsələdə öz maraqlarından deyil, məhz DÖVLƏTİN maraqlarından çıxış etməlidirlər.

Firkət Yusifov
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
İqtisad elmləri doktoru, professor

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar