Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmurlar arasında görünməmiş təşviş


Hər kəs “Nurçu əməliyyatı”nın qurbanına çevrilmək qorxusunu yaşayır; Ərdoğanın “qara siyahısı”nda adları olanların ölkədən çıxışına qeyri-rəsmi qadağa qoyulub


Türkiyə mediası məhz baş nazir Rəcəb Tayyib Ərdoğanın Bakıda prezident İlham Əliyevlə görüşündən sonra Azərbaycanda nurçuların həbsinə start verildiyinə dair məlumat yayıb.Tanınmış haber.rotahaber saytı “Ərdoğanın siyahısı ilə Azərbaycanda həbslər başladı” başlığı ilə yazı təqdim edib.

Yazıda bildirilir ki, baş nazirin Əliyevə təqdim etdiyi siyahıdan sonra bu ölkədə polislər nurçulara qarşı əməliyyatlara başlayıblar. Məlumatda xatırladılır ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də Eldəniz Hacıyevin evində nurçuluq dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib və həmin şəxslər saxlanılıb.

Bundan başqa, Göyçayda nurçulara qarşı həyata keçirilən əməliyyat barədə yazılıb və Azərbaycanda “Fırıncı abi” ləqəbi ilə tanınan Gülec Mehmet Nuri və saxlanılan digər Türkiyə vətəndaşları - Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçinin adı çəkilib. Daha sonra qeyd edilir ki, saxlanılan Mustafa Sunqur Ağabəy camaatına aid olan şəxslərin böyük əksəriyyəti böyük ehtimalla yenə də Türkiyədən nur “xidmətlərini” həyata keçirmək üçün Azərbaycana gedən nurçulardır.

Bu arada məlumat yayılıb ki, Azərbaycanda nurçularla bağı hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilənlərin mənzilindən mühüm sənədlər götürülüb. Mənbənin məlumatına görə, bu sənədlərdə Azərbaycanda təriqətin yayılmasına dair müxtəlif sənədlərlə yanaşı, kimin hansı vəzifəni tutması ilə bağlı faktlar da yer alıb. İddialara görə, ələ keçirilən sənədlərdə deputat Ceyhun Osmanlı, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov və  hazırda müxtəlif vəzifələrdə olan digər nurçularla bağlı ciddi faktlar yer almaqdadır. Vətəninfo.az saytının məlumatına görə, Ceyhun Osmanlı və SAM rəhbəri Fərhad Məmmədovun ölkədən çıxması qeyri-rəsmi qadağan edilib.

Bildirilir ki, hər iki şəxs yaranmış vəziyyətlə bağlı müəyyən şəxslərə çıxsalar da, nəticə əldə olunmayıb.

“Yeni Müsavat”a daxil olan ən son informasiyada isə Ərdoğanın Bakıya gətirdiyi “qara siyahı”dakı şəxslərin hamısının artıq ciddi nəzarətə götürüldüyü, ölkədən xaricə çıxmasına qeyri-rəsmi qadağa qoyulanların sayının daha çox olduğu bildirilir. Həmçinin vurğulanır ki, onların kütləvi şəkildə görəvdən uzaqlaşdırılmaması hakimiyyətin cəmiyyətdə ajiotaj yaranmasını istəməməsi ilə bağlıdır. Təmizləmə əməliyyatı tədricən həyata keçiriləcək. Əslində əməliyyatın artıq başlandığı bəllidir. Əməkdaşımızın əldə etdiyi xəbərdə deyilir ki, təmizləmə əməliyyatına start verilməsi məmurlar arasında təşviş, gərginlik yaradıb. Hakimiyyətin daxilində, hətta rayon icra hakimiyyətlərində bir çox məmurlar nurçulara qarşı əməliyyatın qurbanına çevriləcəklərindən narahatdırlar. Bu vəziyyəti daha da maraqlı edən başqa bir məqam isə hər məmurun öz rəqibini hədəfə çıxarıb məhz rəqibi qurbanlıq etməyə çalışmasıdır.

Sabiq MTN zabiti, siyasi ekspert Ərəstun Oruclu da “Yeni Müsavat”ın əməkdaşı ilə bu mövzuda söhbətində hakimiyyət daxilində məmurlar arasında təşvişin hökm sürdüyü barədə xəbərlərin əsaslı olduğunu bildirdi. Onun dediyinə görə, nurçu məsələsi hakimiyyət daxilində uzun müddətdir bir-birini sıradan çıxarmağa çalışan qruplar üçün fürsət rolunu oynayır. Türkiyənin baş nazirinin Azərbaycana gəlişindən sonra başlanan proses isə qrupları bir-birinə qarşı daha amansız mübarizəyə həvəsləndirib. Heç kim yaranmış fürsəti əldən vermək istəmir. Ölkə başçısına hər kəs rəqiblərinin sıradan çıxarılmasına hədəflənən kompromatlar ötürürlər.

Ə.Oruclu qeyd etdi ki, əslində gedən mübarizəni hakimiyyət daxilində qruplaşmalararası mübarizə adlandırmaq daha doğru olardı: “Əslində mən Azərbaycanda təhlükəli həddə nurçuluğun olmasını təsəvvür eləmirəm. Təhlükəli həddin olmadığını hakimiyyətin sözçüsü də açıqlamasında ifadə edib. Deməli, nurçu məsələsi sadəcə üzdə görünəndir. Baş verənlərin mahiyyətində qruplaşmaların bir-birini əzmək üçün mübarizəsi dayanır. Bir-birinə qarayaxmalara belə gedilir. Hamısı bir-birinə nurçu deyir. O mənzərəyə diqqət yetirdikdə adamda ilk baxışda belə təəssürat yaranır ki, bəs nurçu olmayanlar kimlərdir. Nurçu ittihamı qruplaşmaların mübarizəsinin dekorasiyasıdır. Belə vəziyyətdə isə təbii ki, gərginlik, panika, təşviş məmurları bürüyüb. Bir çoxları işdən çıxarılma sərəncamlarının efirdən hər an oxunmasını gözləyirlər. Çünki hazırkı ab-havada istənilən şəxsi nurçu ittihamı ilə vurmaq mümkündür”.

Ə.Oruclunun fikrincə, qeyd olunan vəziyyət faktiki olaraq hakimiyyətin daxilində çat əmələ gəldiyini iddia etməyə əsas yaradır: “Qruplaşmaların mübarizəsinin bundan sonra bir qədər də güclənməsi ehtimalının böyük olması çatın daha da dərinləşməsinə gətirib çıxaracaq. Hakimiyyətdaxili mübarizə isə həmişə zərərlidir. Daha zərərlisi odur ki, hakimiyyətin ya ölkənin daxilində, ya da kənarında ciddi opponentləri olsun. Bu gün Azərbaycan hakimiyyətinin ölkənin daxilində hakimiyyətdən kənar ciddi opponentləri yoxdur. Azərbaycanda iqtidarı sarsıda biləcək, onun daxilindəki gərginlikdən istifadə edə biləcək müxalifət mövcud deyil. Hakimiyyətdəki qruplaşmaların mübarizəsinin işə düşməsinin səbəblərindən biri məhz bu amildir. Yəni qorxu yoxdur ki, qruplaşmaların davası birinin müxalifətə yaxınlaşmasına gətirib çıxarar. Xarici təhlükə isə var”.

Ekspert sonda vurğuladı ki, istənilən hakimiyyətin daxilində məmurların təşviş içərisində yaşaması, qruplaşmaların mübarizəsi həmin hakimiyyəti ən azı zəiflədən amildir.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar