Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmurların Bakıdakı milyonluq villalarını satışa çıxardı - Fotolar


Bir ildə iki devalvasiya kasıbların sayını artırdığı kimi, varlıların da yuxusunu ərşə çəkib


Son günlər şəhərin ən müxtəlif ərazilərində bahalı villaların daha çox satışa çıxarılmasının şahidi oluruq. Əvvəllər dəyəri milyonlarla dollar olan villalar indi bəlkə də yarı qiymətinə alıcı tapmır.

“Ucuz villadan qalmadı, ha...”- cəmi 500 min

Cebhe.info əməkdaşı paytaxtın Nərimanov rayonunda yerləşən "Milyonçular" məhəlləsində müşahidələr aparıb. Bir neçə küçədən ibarət olan məhəllədə demək olar ki, bütün villalar satışa çıxarılıb. “Üzərinə” satılır yazılan villaların ən ucuzunun qoyməti 500 min dollardır. Ancaq bu, devalvasiyadan sonrakı qiymətlərdir. Əvvəlki zamanlar üçün bu rəqəm azı bir neçə yüz min baha olub. Ancaq satış elanlarında yazılan nömrələrlə əlaqə cəhdi nəticə verməyib. Telefonlara sadəcə cavab verən yoxdur. Bu isə villa sahiblərinin ölkədə olmaması, yaxud ancaq tanıdıqları telefon zənglərinə cavab verən məşhurlar olduğu qənaətini yaradır.

4 milyonluq villa 2 milyona

Daşınmaz əmlak üzrə ekspert Nüsət İbrahimovun sözlərinə görə, daşınmaz əmlak bazarında yanvar ayına nisbətən fevral ayında azacıq da olsa artım var:

“Hətta aktivlik müşahidə edilir. Mənzil bazarında yuvarlar götürsək 1% civarında bahalaşma var. Bu hissediləcək rəqəm sayılmaz. Milyonlarla qiymətə sahib olan villaların son zamanlar satışa çxarılması ilə bağlı aktivlik çox müşahidə edilməsə də, onların satışında ciddi problemin olduğunu deyə bilərik. Bu günə nisbətən əvvəlki vaxtlarda həmin bahalı villaların satışında bir hərəkətlilik var idisə, bu gün artıq stabillikdir. Hətta həmin bahalı villaların qiymətində də iki dəfədən çox da ucuzlaşma müşahidə edilir. Düzdür, o evlər yeni tikilmiş evlər deyil. Təxminən 5 ilin, 10 ilin evləridir ki, hələ də o evlər satılmayıb. Əvvəl 4 milyona satışa çıxarılmış villalar bu gün 2 milyona, 1 milyon 500 minə satışa çıxarılıb. Təbii ki, o qədər imkana sahib olan şəxslər isə artıq demək olar ki, bir neçə evlərə sahibdirlər. Ona görə də həmin şəxslərin yeni evləri almağa tələbatı yoxdur. Yeni ailə qurmuş gənc ailələrin də o qədər maddi imkana sahib olmadığını da qəbul edək. Bununla yanaşı gənc nəsil artıq bəzi yaşlı nəslin nümayəndələrindən fərqli olaraq milyonlarla dəyəri olan villalara meyilli deyillər".

    

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar