Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mənsimovun daha bir “törəməsinin” 2.3 milyardlıq borcu üzə çıxdı


Rusiyanın Rostov şəhərində qeydiyyatdan keçmiş və Türkiyədə fəaliyyət göstərən “Palmali” qrupuna daxil olan “Palmali” MMC şirkətinin müflisləşməsi işinə daha bir şirkət cəlb olunur


Virtualaz.org xəbər verir ki, bu barədə “Kommersant” qəzeti Müflisləşmə üzrə Məlumatların Vahid Federal Reyestrinə istinadən yazıb.

Məlumatda deyilir ki, “Palmali” MMC-nin törəmə şirkəti olan “Palmali Xəzər Dəniz Layihələri” MMC-nin 2.3 milyard rubl borcunun yarandığı üzə çıxıb. Kreditorun bəyan etdiyinə görə bu borc ona görə yaranıb ki, “Palmali” MMC-nin törəmə şirkəti “ana” şirkətə 2015-2018-ci illərdə borc verib. Başqa sözlə, Mənsimovun bir şirkəti kredit kimi götürdüyü vəsaiti başqa şirkətinə borc verib.

“Palmali Xəzər Dəniz Layihələri” MMC 2012-ci ildə Rostovda 419 milyon rubl nizamnamə kapitalı ilə yaradılıb. Müəssisənin baş direktoru Oqtay Babayevdir. 2016-cı ildə müəssisə 947 milyon rubl gəlir götürüb. Şirkətin səhmlərinin 100 faizi “Palmali” MMC-yə məxsusdur.



Xatırladaq ki, “Palmali” MMC-nin müflisləşməsi prosedura 2017-ci ilin oktyabrında başlayıb. Hazırda şirkətin kreditorlarının sayı 40-dan çox hüquqi və fiziki şəxsdir. May ayında məhkəmə şirkət üzərində müşahidə prosedurunu işə salıb və ona müvəqqəti idarəçi təyin edib.

“Palmali” MMC-nin borclarının həcmi onun cəmi aktivlərinin dəyərindən böyükdür və şirkətin müflis elan edilməsi, nəticədə aktivlərinin müsadirə edilib satılması qaçılmaz görünür. Mübariz Mənsimovun Türkiyədə də böyük borclarının yarandığı məlumdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar