Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mənzil bazarında hansı yeniliklər gözlənilir?


İlkin bazarında təklifin azalmasına baxmayaraq, yaxın iki ildə mənzillərin qiymətlərinin hiss ediləcək qədər artımı inamlı görünmür


Bu sözləri Axar.az-a açıqlamasında “MBA Qrup” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. Ekspert bildirib ki, Azərbaycanda əhalinin alıcılıq qabiliyyətində azalmalar müşahidə edilir:
 
“Təklif azalanda tələb stabil qalırsa, deməli, tələbin təklifə nisbətən artımı müşahidə edilir. Əgər təklif və tələb mütənasib olaraq azalırsa, onda bu, qiymətlərə təsir göstərmir. Yəni hadisələrin gedişatından çox şey asılıdır. Bu gün tikinti sektorunda əvvəlki illərlə müqayisədə azalma müşahidə edilir. Bu da son nəticədə ilkin mənzil bazarında təklifin bir müddətdən sonra azalmasına gətirib çıxarır. Belə olan halda isə bazarda qiymət təklifi artır. Digər tərəfdən, hazırda Azərbaycanda əhalinin alıcılıq qabiliyyətində azalmalar müşahidə edilir. Bunun səbəbi isə banklar tərəfindən kreditlərə müəyyən məhdudiyyətlərin qoyulması, şərtlərin ağırlaşdırılması, faiz dərəcələrinin artırılmasıdır. Bütün bu cəhətlər də öz növbəsində əhalinin alıcılıq qabiliyyətinə təsir edir və insanlar əllərində olan pulu bir müddət qorumağa çalışır. Bu da tələbin azalmasına səbəb olur. Ona görə də ilkin bazarda təklifin azalmasına baxmayaraq, yaxın iki ildə mənzillərin qiymətlərinin hiss ediləcək qədər artımı inamlı görünmür”.
 
N.İbrahimov son zamanlar Azərbaycana axın edən turistlərin fonunda mənzil bazarına yeni sərmayələrin daxil olması məsələsinin mümkünlüyünə də aydınlıq gətirib:
 
“Yaxın gələcəkdə mənzil bazarında xarici turistlərin tələb yaratması inandırıcı görünmür. Çünki bunun üçün əcnəbilər ölkəmizdə öz bizneslərini qurmalıdırlar. Yəni bir səbəb olmalıdır ki, xarici turistlər Bakıda mənzil bazarına daxil olsunlar. Məsələn, onlar öz uşaqlarını təhsil almaq üçün Azərbaycana yönəltməlidirlər. Bu, mühüm faktorlardandır”.
 
Ekspert ölkəyə gələn turistlərin yaxın iki ildə mənzil bazarına daxil olmasını, hələ ki, mümkünsüz sayır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar