Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərhəmətsiz kameralar

Doğrusu, poçtalyon qapını döyəndə və adama DYP-dən göndərilmiş “qara kağız” gətirəndə ləzzət eləmir


“Qara kağız” deyərkən cərimə protokolları nəzərdə tutulur, yoxsa bildiyiniz “qara kağız”lardan deyil. 

Son vaxtlar çox dəbdir, avtomobili olan ailələrin qapısına o kağızlardan ayda minimum biri (bəzən beşi) gəlir. 

Artıq qapı döyüləndə və “kimdir” sualına cavab olaraq “poçtalyondur” deyiləndə bilirsən ki, DYP-dən məktub var. Çünki bu saat poçtalyonlar adama ayrı yerdən kağız, bağlama-filan gətirmirlər, gətirdikləri yalnız ödəniş bildirişləri və cərimə protokolları olan zərflərdir.

Bu hadisə ona görə intensivləşib ki, şəhərin küçələri, yolları kameralarla, radarlarla doludur və yol hərəkəti qaydalarını pozanda onlarla dil tapmaq mümkün deyil, necə var, eləcə, çəkirlər və ... bir-iki gündən sonra poçtalyon qapını döyür: “Sizə məktub var”. 

Çanlı yol polisləri ilə daha asandır. Onların içində mərhəmətli, insaflı oğlanlar var, baxırlar ki, qaydanı qəsdən pozmamısan, təsadüfən pozmusan, günah başqasında olub, qəza törətməmək üçün xətaya yol vermisən, xəstən var (yaxud işə, aeroporta, dərsə gecikirsən) deyə bərk sürmüsən və sair bu kimi səbəb və bəhanələri dinləyir, deyirlər, yaxşı yol, müəllim. Bəzən zəllələr də olur, cərimə yazırlar, amma o da bir şey deyii, ən azı yol polislərinin yaırısından salam-səfa ilə qurtulmaq olur.

Amma kameralardan qurtuluş yoxdur. O kameralar adamın sürücülüyü haqqında klip çəkirlər, radarlar isə toy albomu kimi bir şey düzəldirlər və xərc-məsrəfi toy diskindən, toy albomundan da baha çıxır. 

Srağagün bu sətirlərin müəllifinə DYP-dən cərimə protokolu gəlib. Özü də bu keçən dəfəkilərdən deyil, 40 manatlıqdır. Keçən dəfəkilər 10 manatlıq idi. Sürət həddini azca aşanda 10 manat cərimə yazılır, amma başqa xətaların cəzası ağırdır – 40-dan başlayır. 

Protokola qoşulmuş boz-bulanıq şəkillərə baxıram ki, xətaya beynəlxalq avtovağzalın yanında yol vermişəm. Kamera haqlıdır, etiraf edirəm. 

Özümə bəraət qazandırmaq üçün cəmi bircə arqumentim var – tırkaya getmişəm. Sağımdan şütüyüb gedən, yolun daralan hissəsində sola burulub sağdakıların qabağını kəsərək sürünən tıxacda qalmayan minlərlə avtomobilin sürücülərinə qoşularaq hesab etmişəm ki, onlar keçirsə, demək, bunun cəriməsi-filanı yoxdur, mən də keçim. 

Kamera da dilə gəlib adama demir ki, keçmə, keçsən, çəkəcəm. Elə də eləyib. Budur, bu da xətanın protokolu, get ödə. İstəyirsən, hər gün yeddi dəfə elə keç, qəti qorxusu yoxdur, pilun çoxdursa, keçə bilərsən. Ayda 25 dəfə elə keçsən, ayda mincə manat pul eləyir. Nədi ki? Pulkəsən maşının varsa, problem deyil. 

Cərimə protokolunun gəldiyi günün ertəsi, əlbəttə, bir çoxları kimi, artıq yolun solunu tutmuş şəkildə həmin o Dardanel boğazına doğru irəliləməkdəyəm, fikir verirəm ki, yenə sağda şütüyənlər var. Güllə kimi gedir, həmin yerə çatır, sola burulub qarşımıza keçirlər, biz ləngiyirik, amma onlar tıxacda qalmadan sürüb gedirlər. Fikirləşirəm ki, bunlar hələ qapısına poçtalyon gəlməyən, protokol almayan sürücülərdir, yoxsa onlar da səliqəli şəkildə ard-arda düzülərdilər. 

Bu sətirlərin yazıldığı gün isə artıq mənzərə dəyişib, sürücülərin çoxu ard-arda sıralanmışdı və yolun sağıyla şütüyüb qabağa düşənlər az idi. Allahdan, yolda elə bir tıxac da yoxdu. 

Əslində, bu yolda tıxacı məhz yolun sağıyla şütüyüb gedən, yolun darlaşan yerində maşınını soldakıların önünə dürtən sürücülər yaradır. İndi güman var ki, uzun zamandan bəri işləməyən, son bir ayda isə çəkmə-yazma işlərinə baxan kameranın hesabına Sumqayıt-Bakı yolunun avtovağzalın qabağından keçən hissəsində tıxac probleminə son qoyulacaq. 

Düzdür, durduğun yerdə qırx manat ziyana düşmək xoşagələn iş deyil, amma o gözəl kamera hamını cərimələyə-cərimələyə bu problemi həll etsə, ləzzətli olacaq. 

Hazırda qorxum bircə ondandır ki, poçtalyon qapını yenə döyə. Şəhərdə kamera çoxdur axı...

Samir SARI(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar