Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Merin “bel açıqlaması”na millət vəkilindən sərt reaksiya


Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun o müsahibəsinin zərəri yağışın fəsadlarından daha böyükdür


PİA.AZ bildirir ki,  bunu Bakipost.az-a deputat Zahid Oruc Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun jurnalistlərin əllərinə bel alıb, arx çəkmələri haqda səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.

Deputat meri sərt şəkildə tənqid edib, onun belə bir açıqlama ilə çıxış etməsinin anlaşılmaz olduğunu deyib:

"Qarın, leysanın göydən gəldiyini nəzərə alırıq, lakin söz ki, beyindən gəlir. Səlahiyyətlərinin məhdud olduğunu, su ötürücü sistemlərə başqa qurumların cavabdehlik daşıdığını desəydi, merlə razılaşmaq olardı. Lakin media təmsilçiləri nə vaxtdan İcra Hakimiyyətinin texniki personalı kimi qeydiyyata düşüblər? Buna görə onlar əlavə maaş alırlar? Necə ola bilər ki, küçələrdə və yaxud aparıcı yollarda baş verən subasmaları 4-cü hakimiyyətin qələmi ilə harasa yönəldəsən? Məgər sovet dövründəki kimi xalq drujinalarını qoruyub saxlamışıq? Əlbəttə ki, insani olaraq hamı başa düşür ki, vəzifəsindən, ictimai-siyasi mövqeyindən asılı olmayaraq, hər hansı fövqəladə hadisə zamanı xeyirxahlıq, yardım əlini uzadılması və xilaskarlıq missiyası bir insanlıq görəvidir. Ona görə də bəzən faciə halında hər kəs şəraitin tələbinə uyğun hərəkət edir. Bakı meri və ya digər insanlar məsələyə belə nöqteyi-nəzərdən yanaşasaydılar, onları anlayışla qarşılamaq mümkün idi. Amma mediadan metroloji desant dəstələri düzəldəndə onda gərək, efir işini də inşaatçılara, mühəndislərə tapşırasan. Görürsüzmü, o məntiqi davam etdirəndə hansı mənzərə yaranır? Halbuki KİV-in vəzifəsi obyektiv və vicdanlı şəkildə hadisələri göstərməkdir. Xatırlayırsızsa, Avropaya Yaxın Şərqdən gələn köçkünlərdən birini badalaq vurub yıxan jurnalist öz vəzifəsindən kənar-həm də qeyri-insani hərəkətinə görə dünyada necə qınandı və sonda da məhkəmə qarşısında dayandı. Ona görə xeyirxahlıq missiyası ayrı, vəzifə tələbə başqadır”.

Zahid Oruc qeyd edib ki, ölkə rəhbəri Bakının hərtərəfli quruculuğu üçün tarixi işlər həyata keçirir və faktiki olaraq yeni şəhər qurulur: "İndi qədim Bakı ilə müasir bir meqapolisin son dərəcə yüksək arxitektura ilə uyğunlaşdırıldığından danışa bilərik. Lakin Londonun 5 əsr əvvəlki şəhər infrastrukturu ilə sovetlərdən miras qalan ölkələri müqayisə etmək olmaz. Respublikamızda yalnız son illər bir neçə rayonda kanalizasiya və kollektor sistemlərinin qurulmasına başlanıb. Paytaxtın sözügedən probleminin qlobal miqyası nəzərə alınaraq dövlət başçısının tapşırığı əsasında hörmətli Ramiz Mehdiyevin başçılığı ilə müvafiq komissiya yaradılıb.

Administrasiya rəhbərinin yüksək peşəkarlığına rəğmən həmin sahədə köklü layihələrin həyata keçiriləcəyinə, nəhayət Avropa ölkələrindəki kimi yağışdan sonra quraqlığa çıxacağımıza inanırıq. Artıq işlərin proqram və təcrübi hissəsinin öyrənilməsi başa çatıb. Bir yandan da Xəzər kimi böyük su hövzəmiz bir addımlıqda yerləşir. Əlbəttə, Hacıbala Abutalıbovun 2000-ci illərdən sonra Bakının qurulmasındakı müəyyən zəhmətini inkar etməz olmaz. Amma son fikrini bölüşmürəm”.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov müsahibəsində Nərimanov rayonunda aparılacaq abadlıq işlərindən danışarkən KİV nümayəndələrinə replika atıb. Sonuncu yağışlarda Binəqədi və Zabrat qəsəbələrini su basdığını xatırladan H.Abutalıbov jurnalistləri qurutma işlərinə mane olmaqda qınayıb: "Gedib o gölməçələri videoya çəkməkdənsə, yaxşı olardı jurnalistlər arx açardı ki, su axıb getsin”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar