Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti bir il müddətinə işçilərini könüllü qaydada tibbi sığorta edib
Fins.az-ın məlumatına görə, bununla bağlı avqustun 8-də elan edilmiş tenderin qalibi kimi “Azsığorta” şirkəti seçilib və onunla müqavilə bağlanıb.
Xatırladaq ki, “Azsığorta” 2014-cü ildə də bu tenderdə qalib elan edilmişdi. Ondan əvvəl, 2013-cü ildə isə AMB əməkdaşlarının tibbi sığortası “PAŞA Sığorta” şirkətinə həvalə edilmişdi.
pia.az