Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi bankdan Dağlıq Qarabağla bağlı rəsmi müraciət



Azərbaycan Mərkəzi Bankı (AMB) Dağlıq Qarabağ ərazilərində aparılan qanunsuz maliyyə əməliyyatları ilə bağlı “VISA Inc.” və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatlarına rəsmi müraciət edib


Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildirilib.  
 
Məlumatda bildirilir ki, AMB beynəlxalq kart təşkilatlarına bu məsələni ciddi nəzarət altında saxlamağı tapşırıb.
 
“Cari ilin əvvəlində “MasterCard Worldwide” təşkilatının veb səhifəsində Dağlıq Qarabağ ərazilərinin Ermənistan Respublikasının daxilində göstərilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aşkar olunaraq təşkilatın rəhbərliyinə ciddi irad bildirilib və qısa zaman ərzində anlaşılmazlıq aradan qaldırılıb. Təşkilat tərəfindən verilən məlumata görə hazırda bu məsələ texniki səbəblərə görə yaranıb və Mərkəzi Bankın növbəti müraciəti əsasında artıq aradan qaldırılıb. 

Ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ ərazilərində aparılan qanunsuz maliyyə əməliyyatları ilə bağlı məsələlər mütəmadi olaraq Mərkəzi Bankının diqqət mərkəzindədir. Belə ki, son illərdə Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra pul köçürmə təşkilatlarının Mərkəzi Bankın icazəsi olmadan həmçinin Qarabağda fəaliyyət göstərməsi aşkar olunaraq qarşısı alınıb”-deyə, məlumatda vurğulanır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar