Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərmi atəşi altında yaşayan sakinlər: “Əmr verilsin, gedək döyüşək”


Son üç gündür ki, Ermənistan ordusu tərəfindən atəşə tutulan Tərtər rayonuna ezam olunmuş reportyorlarımız yazır: "Düşmən əsasən dinc sakinləri hədəfə alır"


Aprelin 27-dən 28-nə keçən gecə erməni silahlı qüvvələri tərəfindən Tərtər rayonunun yaşayış məntəqələri ağır artilleriya silahlarından atəşə tutulub. 

Düşmən, atəşkəsi kobud şəkildə  pozmaqla yanaşı, adi savaş qaydalarına da əməl etməyərək, əsasən yaşayış məntəqələrini, sakinlərə məxsus obyektləri hədəfə alır. Qeyd etdiyimiz tarixdə düşmənin atəşi nəticəsində Tərtər rayonunda ümumilikdə  58 yaşayış məntəqəsi, 2 orta məktəb, 1 ərzaq dükanına ciddi zərər dəyib.  

Düşmənin atəşi nəticəsində yaşadıqları evləri qəzalı vəziyyətə düşmüş rayon və kənd sakinlərinin bəzilərinin evində olduq. Sakinlər düşmənin təxribatlarına baxmayaraq, bir qarış da olsun torpaqlarından vaz keçməyəcəklərini, yalnız irəli getməyi düşündüklərini söylədilər.

Rayon sakini Elman Alməmmədov: "Biz ordumuza və onun gücünə inanırıq. Keçmiş döyüşçüyəm və indi də cəbhəyə gedib, vətənimizi düşmən tapdağından azad etməyə hazıram. Təkcə mən yox, bütün Tərtər rayonunun kişiləri bu fikirdədir. Biz artıq irəliyə getməkdən başqa heç nə düşünmürük. Düşmən anlasın ki,  hər birimiz türk əsgəriyik və ancaq irəli getməyi düşünürük ".

Tərtər rayonunda  düşmən atəşindən ən çox zərər görmüş kənd Hacıqərvənddir. Kənddə bir gecədə 14 ev, 1 mağaza düşmən hədəfinə tuş gəlib. Lakin orada da olduğumuz zaman, sakinlərin yalnız düşməndən qisas almağı düşündüklərini öyrəndik.  Düşmən yuxarıda da qeyd etdiyimiz kimi artilleriya silahlarından atəş açıb və bu atəş nəticəsində sakinlərin təkcə evləri deyil, təsərrüfatlarına da ciddi ziyan dəyib.

Kənd sakini Asif Əliyev Hüseyn oğlunun bankdan kredit götürərək aldığı 3 inəyindən biri ölüb, digər ikisini isə qəlpə ölümcül hala salıb:

"Düşmənin artilleriya atəşi nəticəsində təkcə mal-qaram deyil, əkin sahəm, yaşadığım ev yararsız vəziyyətə düşüb. Gecə saat 3 radələrində məni küçəyə çağırdılar. Elə həmin vaxt da mərmi düşdü. Əgər küçəyə çıxmasaydım, mən də həyatımı itirərdim".

Evi qəzalı vəziyyətə düşən kəndin digər sakini  Əziz Alişanovun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, rayon icra hakimiyyətinin nümayəndələri operativ şəkildə işləyərək, onlara dəymiş zərərin miqdarını hesablayıb, eyni zamanda atəş nəticəsində zərər dəymiş kommunal xətləri bərpa ediblər.

Yuxarıda da  qeyd etdiyimiz kimi düşmən rayonun iki orta məktəbinin binasını da hədəfə alıb. Ərazisinə mərmi düşün 6 saylı orta məktəbin direktoru Azad Abbasov söylədi ki, düşmənin atəşi nəticəsində məktəbə çox ciddi ziyan dəyib: "2 sinif, 1 kompüter otağı tamamilə dağılıb. Məktəbin bütün şüşələri qırılıb. Əraziyə düşən iki mərminin biri məktəbin həyətinə, digəri isə arxasındakı yaşayış evinə tuş gəlib. Ümumilikdə təhsil ocağımıza çox ciddi ziyan dəyib". 

Tərtərdə mövcud vəziyyətlə əlaqədar rayon icra hakimiyyətində də olub, icra başçısı Müstəqim Məmmədovun da fikirlərini aldıq. M. Məmmədov musavat.com-a bildirdi ki, bir çox saytlar yalan məlumat yayaraq, guya sakinlərin yaşayış yerlərini tərk etdiklərini yazırlar:

"Lakin sizi əmin edirəm ki, bu belə deyil. Tərtər sakinləri yalnız irəli, düşmənin üzərinə getməyi düşünürlər. 27 aprel tarixində gecə saat 23:00-dan başlayaraq, 28 aprel gecə saat 4 radələrinə qədər təmas  xəttində yerləşən Tərtər şəhəri və onun 11 yaşayış məntəqəsi, düşmənin artilleriya zərbəsinə məruz qalıb. Düşmən iriçaplı silahlardan, “Qrad” qurğusundan və toplardan yaşayış məntəqələrini vurmaqla məşğuldur.  Bu isə göstərir ki, onların məqsədi əhali arasında çaşqınlıq yaratmaqdır. Bütün bunlara baxmayaraq, əhalimiz yerindədir. Kəndlərdə kommunal xətlər dağıdılsa da, tezliklə tərəfimizdən bərpa olundu. Hazırda əhalinin həm elektrik, həm də qaz xətlərində heç bir problem yoxdur”. 

İcra başçısı əlavə edib ki, rayonda olan bütün 2 və 5 mərtəbəli ictimai yaşayış binalarının zirzəmiləri təmizlənib və sığınacaq halına gətirilib: “Lazım olduqda oradan da istifadə edə bilərik. Ümumilikdə Tərtər rayonunda içməli su və kanalizasiya sisteminin layihəsi davam etdirilir. Kəndlərimizdə əhali kənd təsərrüfatı işləri ilə məşğuldur. Bir daha qeyd edirəm ki, bütün sakinlərimiz, icra nümayəndələri öz yerlərindədirlər”.

Tərtər rayonuna bu gün Müdafiə Nazirliyinin əməkdaşları da gəlmişdilər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı musavat.com-a deyib ki, ermənilərin bir qayda olaraq, yaşayış məntəqələrimizi vurması dinc əhaliyə təhlükə yaradır: "Hərbiçi, mülki vətəndaşlarla deyil, hərbiçi ilə müharibə aparmalıdır. Ermənilər isə bilincli və məqsədli şəkildə Ağdamın, Tərtərin dinc sakinlərinin yaşadıqları ərazilərə, məktəblərə atırlar. Bunun adı erməni barbalığıdır. Bizim atdığımız hər bir mərmi yüksək dəqiqliyə malik silahlardan atılır.  Ermənilər haradan atəş açırlarsa, bizim hərbi qulluqçularımız da o istiqamətə cavab atəşi açırlar. Ermənilər isə bir başa yaşayış məntəqələrini hədəfə alırlar".

Belə olan təqdirdə, onları qorumaq məqsədi ilə  yerli sakinlərin köçürülməsi zərurəti yaranırmı?  Müdafiə Nazirliyinin sözçüsü musavat.com-un sualına bu cavabı verib: 

"AğdamTərtər əhalisində bir halın şahidi oldum ki, insanlar ancaq irəli getmək haqqında, düşməni məhv etmək barədə düşünürlər. Aprelin əvvəllərində bizim əhalinin, xüsusilə gənclərin nə qədər silahlı qüvvələrimizə kömək etməyə hazır olduqlarını gördük. Biz onların qarşısını alırdıq ki, ehtiyac yoxdur. Yəni Ali Baş komandanımızın Silahlı Qüvvələrimizə göstərdiyi diqqət və qayğını hər kəs görür. Biz ordumuza yardım etmək istəyən əhalimizə də öz minnətdarlığımızı bildiririk. İnsanlarımız ön xətdə olan hərbi qulluqçularımızla hər şeylərini paylaşmağa, o cümlədən qan bankına qan verməyə belə hazırdırlar. Bütün bunların hamısı bizə mənəvi dəstəkdir. Mənəvi dəstək isə bizim üçün ən əsas haldır. 18-20 yaşındakı əsgərlərimizin sadəcə olaraq gözlərini görmək lazımdır,  o gözlərdən ancaq düşməni bu torpaqlardan qovmaq istəyi oxunur. Düşmənin nə  söyləməsindən asılı olmayaraq, işğaldan azad olunan bütün məntəqələr, düşmənin hər bir hərəkəti  tərəfimizdən nəzarətdə saxlanılır. Lazım olan məqamda da gələn zərblərə cavab zərbəsi endiririk".(musavat.com)



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar