Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məscidin yandırılmasına görə həbslər başladı - Fotolar


Yandırılan Qaraçuxur məscidinin artıq təmirinə başlanılıb.


Virtualaz.org saytının hazırda Qaraçuxur məscidində olan müxbiri xəbər verir ki, məscidin axundu Mirmahmud Fəttayev başda olmaqla məscid camaatı dəyən zərəri aradan qaldırmağa başlayıb.

Məscidin əsasən giriş hissəsinə ziyan dəyib. İbadətgahın xalçası yanıb və yararsız hala düşüb, binanın divarlarını his basıb. Məscidin kondisionerlərinə və isitmə (kombi) sisteminə də zərər dəyib. Pəncərələrin şüşələri sınıb.

Məscidin axundu və digər səlahiyyətli şəxslər mətbuata olayla bağlı heç bir açıqlama verə bilməyəcəklərini deyirlər. İbadətgahın ərazisində çəkiliş aparmağa da icazə verilmir. Polis məscidi tam nəzarətə götürüb.

Qeyd edək ki, məscid kamera sistemi ilə təchiz olunub. Allah evini yandıran şəxslər nəzarət kameralarına düşüb. Polis görüntülərə əsasən araşdırmalara başlayıb.

Müxbirimizin əldə etdiyi məlumata görə, yanğını törədən iki şəxs hələ saxlanılmayıb. Lakin onları məscidə gətirən taksinin sürücüsü saxlanılıb. O, artıq Sabunçu Rayon Polis İdarəsi 32-ci polis bölməsindədir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Qaraçuxur məscidi 1992-ci ildə azərbaycanlı və türkiyəli iki iş adamının təşəbbüsü ilə tikilib. Hazırda ən çox camaatı olan məscidlərdən biridir. Bu məscidddə sünni və şiə camaatı birlikdə ibadət edir. Bu günədək məsciddə heç bir insident baş verməyib.

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar