Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşədi İbad, yoxsa Koroğlu?



Bu məsələyə bəlkə toxunmazdıq, əgər o, bir çox telekanllardakı sosial proqramların daimi mövzusu olmasaydı


Az qala hər gün bundan danışırlar və sualı da çox eybəcər şəkildə qoyurlar: qadınları kötəkləmək olarmı?
 
Sualın qoyuluşu adamı diksindirir. Axı nə qədər olmasa da, bu ölkə Avropa ilə birgə hallanır, üstəlik, biz 10-cü əsrdə deyil, 21-ci əsrdə yaşayırıq...
 
Cavablar da adamı qane etmir. Hətta elə olur ki, qadınların özləri belə “yüngül kötəkləmə”ni məqbul hesab edirlər...
 
Adam çaşıb qalır: qadın kimdir? Məgər o kiçik uşaqdırmı ki, yüngül qulaqburması verəsən?.. Dünyada hətta uşaqların kötəklənməsi belə yasaq olduğu bir halda, belə danışmaq, belə şərh vermək ən azı gülüş, özü də çox acı gülüş doğurur...
 
Nə demək olar bu haqda? Bəlkə də əvvəlki filosoflar, etika üzrə mütəxəssislər də bunu ediblər, amma “əxlaq imperativi”nin müəllifi kimi biz İmmanuil Kantı  tanıyırıq. Nə deyirdi Kant bu haqda? O yazırdı ki, sən elə hərəkət et ki, hərəkətin ümumi əxlaq qanunu kimi qəbul edilə bilsin...
 
Bunu bəzən başqa, bir qədər fərqli modifikasiyalarda da deyirlər. Bəzən deyirlər ki, özünə qarşı necə rəftar edilməsini istəyirsənsə, başqaları ilə də elə rəftar et və yaxud da ki, ən qısası: özünə rəva bilmədiyini başqalarına da rəva görmə...
 
Elə bu səbəbdən bu cür diskussiyalarda iştirak edənlərə çox sadə bir sual vermək istərdik. Razı olardınızmı ki, sizin qızınızı və yaxud da bacınızı kimsə kötəkləsin? Buna razı olardınızmı?
 
Yoxsa siz də qızınız və yaxud bacınız gəlin köçərkən orta əsrlərdə olduğu kimi onlara “O evdən yalnız meyitin çıxsın!” deyə əmr edirsiniz?.. Səhv başa düşməyin, mən heç də adi bir anlaşılmazlıq ucbatından ailələrin dağılmasının tərəfdarı deyiləm...
 
Amma söhbət ailədən getməlidir... Cəmiyyətdəki hər bir özəyi ailə adlandırmaq da olmur. Elə insanlar var ki, zahiri görkəmləri ilə Avropaya belə meydan oxusalar da, düşüncələri orta əsr düşüncəsidir. Halbuki orta əsrlərdə də belə deyildi; o vaxt cəngavərlik vardı, bir xanıma, bir qadına görə kişilər hansı məşəqqətlərə qatlaşmırdılar?
 
Qadını döymək və yaxud da indi deyildiyi kimi, qadını yüngülcə kötəkləmək əgər mentalitetlə, kişiliklə, adət-ənənələrlə bağlıdırsa, bəs niyə bizim qədim nağıllarda, böyük eposlarda belə hallara təsadüf edilmir? Koroğlunun Nigarı döyməsini təsəvvür etmək olarmı? Və yaxud da “Dədə Qorqud”da belə detala rast gəlinirmi?
 
Güman etmirik ki, kimsə buna “hə” deyə cavab versin. Əslində, bu bir qədər geriliklə, nadanlıqla bağlı məsələdir. Bəli, savadsızlıq bir çox bəlaların mənbəyi olduğu kimi, çox böyük ehtimalla qadına “dərs” vermək həvəsi də elə buradan qaynaqlanır...
 
Bəli, Məşədi İbad deyirdi ki, arvad kişidən nə qədər qorxsa, bir o qədər yaxşıdır. Həmin Məşədi İbad ərz edirdi ki, Gülnaz xanım sözümə baxmasa kötəklərəm!
 
Amma heç təsəvvür etmək olardımı ki, Sərvər də Gülnazı kötəkləmək fikrinə düşsün?
 
İndi biz bir suala cavab verməliyik. Biz özümüzü kimin davamçısı, hətta övladı hesab edirik: Məşədi İbadın, yoxsa Koroğlunun? Təbii ki, zamanın öz məntiqi var - Don Kixot çox gec cəngavərlik eşqinə düşdü, ona görə də gülüş obyektinə çevrildi...
 
Bəli, indi də cəngavərlər dövrü deyil. Amma kim deyir ki, dövr Məşədi İbadın dövrüdür? Hazırda insanlarda mülkiyyət hissinin qabardığı məqamdır. Çox adam da evlənməkdən daha çox “arvad almaq” eşqindədir. Amma Məşədi İbad da elə bu fikirdə idi, hətta düşünürdü ki, pulu varsa, lap cavan qız da “ala” bilər!..
 
Qərəz, belə verilişlər də lazımdır, çünki cəmiyyətlərdə həmişə zorakılıq elementləri olur - insanlar heç də hamısı savadlı, mütərəqqi olmur, cəmiyyətlər özləri də eyni olmur, insanların içində tutaq ki, içikiyə meyillisi olur və s. və i..
 
Elə bu səbəbdən də qadınlara qarşı zorakılıq elementlərinə hətta normal cəmiyətlərdə də təsadüf etmək olar...
 
Amma bu verilişlərdə hansı vurğu düzgün qoyulmur? Məsələ bundadır ki, qadının döyüldüyü və yaxud da ki, həmin verilişlərdə deyildiyi kimi, kötəklənməsi, anormal ailələr üçün xarakterik olmalıdır...
 
lakin nə görürük? Anormal halları normal kimi təqdim edir və bizdə elə təəssürat yaradırlar ki, elə normal azərbaycanlı ailələri də belədir... Adamın bu verilişlərə qarşı antipatiyasının artması da elə bununla bağlıdır - bu insanlar qaş düzəltmək istədikləri yerdə vurub gözü də çıxarırlar... (axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar