32 il əvvəl, 12 yaşı olarkən "National Geographic" jurnalının üz qabığına çəkilən məşhur "Əfqan qızı" həbs olunub
PİA.AZ Lent.az-a istinadən xəbər verir ki, Şərbət Gula saxta pasportdan istifadə edərək Pakistana keçdiyi üçün tutulub.
O, Pişəvər şəhəri ilə sərhəddə saxlanılıb.
Qeyd edək ki, Şərbət Gülanın fotosu 1984-cü ildə fotoqraf Stiv MakQurri tərəfindən SSRİ və Əfqanıstan müharibəsi zamanı çəkilib və həmin ərəfədə o, yetim qalıb.
Uzun illər kimliyi maraqlı qalan naməlum əfqan qızı 2002-ci ildə tapılıb.
pia.az