Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur rejissor Mehriban Əliyeva haqda film çəkib


"Biz hamımız uşaqlıq ölkəsindənik" adlı filmdə birinci xanımın xeyirxahlığı və qayğıkeşliyi barədə geniş məlumat verilir


Rusiyanın tanınmış rejissoru Oleq Şommel Heydər Əliyev Fondunun fəaliyyəti barədə film hazırlayıb.

Film Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın müxtəlif sahələrdə gördüyü işlərdən bəhs edir. "Biz hamımız uşaqlıq ölkəsindənik" adlı filmdə Mehriban Əliyevanın xeyirxahlığı və qayğıkeşliyi barədə geniş məlumat verilir. Onun uşaq evlərində böyüyən kimsəsiz uşaqları himayəyə götürməsi, onların təhsili və sağlamlıqlarının qeydinə qalması diqqətə çatdırılır.

Mehriban xanım Əliyevanın Azərbaycanın mədəniyyətinə, musiqisinə, tarixinə, milli adətlərinə, xalq yaradıcılığına qayğı ilə yanaşması, onun dəstəyi ilə tarixi abidələrin bərpası filmdə xüsusi vurğulanır. Oleq Şommelin filmində Azərbaycanın birinci xanımının ölkədə idmanın inkişafına xüsusi qayğısından, o cümlədən bədii gimnastika sahəsində gördüyü işlərdən, Heydər Əliyev Fondunun dəstəyi ilə 2015-ci ildə ilk dəfə Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyindən də bəhs olunur.

Heydər Əliyev Fondunun fəaliyyəti və onun prezidentinin gördüyü çoxsaylı işlər barədə çəkilmiş "Biz hamımız uşaqlıq ölkəsindənik" filmində Bakının sürətli inkişafı, günbəgün dəyişməsi də əks olunub. Rejissor filmdə nadir memarlıq abidəsi olan Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı və Bakının digər memarlıq abidələrinə də geniş yer ayırıb.(ans press)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar