Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məsum qohumların cavabdehliyi


Bu ölkədə qanını qaşığa qoymuş mübariz, mücadiləçi oğlanlar çoxdur


Eyzən ərşlə-gürşlə əlləşirlər. Onların bircə minusları var ki, nə dərəcədə cəsarətli olduqlarını sübut edə biləcəkləri yerdə deyillər.
Məsələn, Qarabağda erməniyə qan uddurmaqdan danışırlar, amma tutaq ki, Krasnoyarskda yaşayırlar - Lazımdan da şimalda.

Demokratiya uğrunda şəhid olmaqdan bəhs edirlər, amma tutaq ki, Parisdə... yox, qoy Hollandiya yazım, ağıllara başqa adamlar, məsələn, Kamal Qasımov gəlsin.

Hərçənd Kamal qardaşım təmkinli adamdır, hələm-hələm psevdomübarizlik eləməz, ölkədə olub-bitənlərlə vaxtaşırı maraqlansa da, durub ordan bəri öyüd-nəsihət verməz, radikal və emosional çağırışlar yapmaz.

Bu kateqoriyadan olan başqaları da var, hər zaman ölçülü-biçili davranırlar, sinələrinə döyüb virtual qəhrəmanlıq şouları göstərmirlər.
Amma illərdən bəri başımızın ətini yeyən yalançı qəhrəmanlar çoxdur. Bəylər çox radikaldırlar, dövlət rəhbərlərini, xoşlarına gəlməyən müxalifət liderlərini eyzən tənqid edir, arada dozanı artırır, söyüb-yamanlayırlar.  
Bəziləri o qədər sərt, barışmaz, acıdil və söyüşcüldürlər ki, vallahi, ölkədə olsalar, onları gəlib redaksiyadaca şapalaqlayıb gedərlər və məsələ təkcə şapalamaqla bitməz. 

Əlbəttə, təhlükədən uzaqda olanda adam daha cürətli olur. Məsələn, dünyada hamı İŞİD-dən qorxur, amma İŞİD uzaqda olanda adam az qorxur, yaxınlaşanda qorxu daha da böyüyür. 
İndi bəziləri hesab edir ki, gedib Avropanın sərin və təhlükəsiz şəhərlərində oturublarsa, ölkəyə dair istədiklərini yaza, danışa bilərlər. Ona qalsa, biz də burda oturub Şimali Koreyanın prezidenti Kim Çen Inı cəsarətli bir şəkildə yıxıb-sürüyə, ələ sala, “debil” deyə bilərik, amma ŞKXDR-də bunu heç kəs edə bilməz. Ağlından elə şey keçirənin özünə və sülaləsindəki adamlara ölümlərdən ölüm seçdirərlər.

Taksim meydanında şüar qaldırıb “Uyğurlardan əl çəkin!” deyə hayqırmaq asandır, amma bunu Pekindəki Tyanenmen meydanında etmək üçün adamda göndən özəl tikilmiş zireh olmalıdır.

Oxumuş adamlar da deyir ki, real təhlükə olmayan yerdə cəsarət sərgiləmək elə də böyük igidlik deyil.
Hökumət belə cürətli oğlanlarla nə edəcəyini bilmirdi. Neynəsin? Avropa uzaqdır, bir. Kimisə İsrail xəfiyyələrinin Argentinadan gecəylə oğurlayıb gətirdikləri nasist Adolf Eyxmanın gününə qoyub gətirmək mümkün deyil - iki. Üçüncüsü, asi düşmüş adamın ekstradisiyasını tələb edəndə deyirlər, cinayət işini göndərin, baxaq. Məsələn, sabah hökumət Elbəyi Həsənlini tələb etsə, verməzlər.

Ona görə də indi iqtidar avropalı radikallarla mübarizə məqsədilə yeni strategiya işləyib hazırlayıb. Hazırda onların yaxın qohumlarını tuturlar. 
Bir halda ki, sən radikallıqdan əl çəkmirsən, barışmaz, prinsipial mübarizə tərəfdarısan və səni heç kəs yolundan döndərə bilməz, qoy onda qohumların cavab versinlər. Yazıq qohumların isə bu cür qəliz terminlərdən bilmərrə xəbərləri yoxdur, bildikləri odur ki, qohum güdazına gediblər.

Yaxşı üsuldur. Amma bu hər adama eyni dərəcədə təsir edən amil deyil. Elə adam ola bilər, nəslinin bütün başıpapaqlılarını tutub içəri bassalar da, deyəcək, cəhənnəmə tutsunlar, gora tutsular, nə vecimə (burada zövqə və tərbiyəyə uyğun olaraq, başqa ifadələr də işlədilə bilər).

Məsələn, bir jurnalist tanıyıram, öymək olmasın, çox sital uşaqdır, qohumlarından da zəhləsi gedir, bir müddət əvvəl deyirdi, qismət olsa, Avropaya yerləşsəm, elə şeylər yazacağam ki, burda bir qohumumu işdə saxlamasınlar, hamısını qovsunlar. 
Gənc jurnalist bilmirdi ki, artıq məsələ işdən qovulmaqla bitmir, adamları cələkləyib içəri qoyurlar.

Hökumətin tətbiq etdiyi yeni fənddən sonra kimsə radikallığını azaltsa, bilin ki, qohumlarının qədrini bilir, yox, kimsə kəskin şəkildə radikallaşmağa start versə, əmin olun ki, adamın qəsdi qohumlarını tutdurmaqdır.

P.S. Uzun illər öncə bir vəzifəli qohumum vardı, nazirlərdən biri ona çox deyirdi ki, qohumuna yiyə dur, o da mənə deyirdi, xeyri olmurdu. Axır bir gün onu mənə “yiyə dura bilmədiyinə görə” işdən çıxardılar. Budur, 12 ildir hər görüşəndə deyir...

Samir SARI(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar