Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mətbuat Ziya Məmmədovun deputat qardaşını ifşa etdi - Fotolar


Məlum olduğu kimi, Azərbaycan mediasında bir neçə gündür nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlunun paytaxtın Zığ-hava limanı şosesində sürət yarışına çıxmağı ilə bağlı yayılan xəbərlər müzakirə olunur.


Elton Məmmədovun bu xəbərləri “böhtan” adlandırması müzakirələri bir qədər də qızışdırıb. 

Həmin məlumat və videonu yayan virtualaz.org və haqqin.az xəbər saytlarının rəhbəri Eynulla Fətullayev mediaya açıqlamasında deputata ismarış göndərib və ondan sübut istəyib: “DYP-nin kartotekasında yer alan məlumatlarda göstərilib ki, 10 LZ 100 dövlət nömrə nişanlı avtomobilinin sahibi Məmmədov Aynar Elton oğludur. Üstəlik 10 LR 100 dövlət nömrə nişanlı avtomobillər də Məmmədov Aynar Elton oğlunun adına qeydiyyatdan keçib. Ona görə də mən deputat Elton Məmmədova müraciət edərək deyirəm ki, maşınların oğluna aid olmadığına belə əmindirsə, gəlsin birlikdə DYP-yə gedək və məsələni araşdıraq. Əgər maşınlar doğrudan da onun oğlunun adına deyilsə, o zaman mən jurnalistikadan gedəcəyimi elan edirəm. Əgər maşınların Elton Məmmədovun oğlunun adına olduğu təsdiqlənərsə, bu zaman o, deputat mandatını təhvil verməlidir. Çünki millət vəkili xalqa yalan danışmaz”. 

Bundan sonra aznews.az-ın əməkdaşı Elton Məmmədovla əlaqə saxlayıb. O, açıqlamasında oğlu barədə yazılanları bir daha yalan, böhtan və şantaj adlandırıb. Bildirib ki, oğlu nəinki sürət yarışına çıxıb, hətta yayılan xəbərdə göstərilən 10 LZ 100 dövlət nömrə nişanlı markalı avtomobilə də sahib deyil.








E.Məmmədov vurğulayıb ki, artıq 10 LZ 100 dövlət nömrə nişanlı “Nissan Skyline GT-R35“ markalı avtomobilin kimə məxsus olduğunu bilir: “Bu maşını idarə edən gəncin atası mənimlə əlaqə saxlayıb. O dedi ki, razı olmaram, bizim uşağımıza görə sizin övladınızın adı mətbuatda “avtoş” kimi hallansın və sözü gedən maşının texniki pasportunu KİV-lərdə dərc etmək üçün mənə göndərdi. Mən də sizin vasitənizlə həmin avtomobilin dövlət sənədinin kimə məxsus olduğunu təsdiq edən texniki pasportu nümayiş etdirirəm. Buyurun baxın. Qoy bu yalan xəbərləri yayan o, Eynulla da bu sənədlə tanış olsun. Və əgər vicdanlı jurnalistdirsə, dediyi sözünə əməl edərək jurnalistikaya xələl gətirdiyi üçün bu sahədən getsin”. 

E.Məmmədov qeyd edib ki, hər gün Bakıda minlərlə yol hərəkətini pozan sürücülərə rast gəlmək mümkündür və oğlunun da bu qaydaları pozmasını istisna deyil: “Statistikaya fikir versək, görərik ki, gündə 2-3 min inzibati qayda pozuntusu baş verir. Mənim oğlumun da yol-hərəkəti qaydalarını pozması mümkündür. Mən bunu inkar edə bilmərəm. Amma belə bir hal baş verərsə, hər bir Azərbaycan vətəndaşı kimi törətdiyi qayda pozuntusuna görə ölkə qanunvericiliyinə uyğun olaraq cəzalanar. Bundan başqa, heç bir valideyn istəməz ki, övladı yüksək sürətlə maşın idarə etsin. Bu ən azı övladının həyatı üçün təhlükə yaradır. Ona görə, belə məsələlərlə valideyni şantaj etmək, insafsızlıq və əxlaqsızlıqdır”. 

E.Məmmədovun bu açıqlamasından sonra avtomobilin etibarnamə əsasında Aynar Məmmədovun idarə etməsi ehtimalı yarana biləcəyindən bu məsələni də araşdırdıq. Məlum oldu ki, 10 LZ 100 dövlət nömrə nişanlı “Nissan Skyline GT-R35“ markalı avtomobil etibarnamə ilə Əliyev Elxan İbrahim oğluna verilib. O da məlum oldu ki, həmin avtomobil xeyli sayda qayda pozuntusu törətdiyi üçün yol polisləri tərəfindən cərimə meydançasına qoyulub və Əliyev Elxan İbrahim oğlu sürücülük hüququndan məhrum edilib. 

Qeyd edək ki, sosial şəbəkələrdə nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun toy karvanının videosu yayımlanıb. Həmin videodan görünür ki, 10 LR 100 və10 LZ 100 dövlət nömrə nişanlı markalı avtomobilləri Məmmədovlar idarə edir.

Eynulla Fətullayevin Elton Məmmədova cavabı gecikməyib. O, virtualaz.org saytına açıqlamasında bunları deyib: “Bu şəxs Elton Məmmədovun yaxın çevrəsində olan adamdır. Onun daima kortejindədir. Elton Məmmədovun oğlu Aynar da həmin avtomobili etibarnamə ilə sürür. Sual yaranır: Elton Məmmədov bu şəxsi iki saat içində haradan tapdı? Və tanımadığı adam ona öz avtomobilinin texniki pasportunu nə tez verdi? Digər tərəfdən, görəsən, Elton Məmmədovun adını həyatda bir mülk, ev maşın varmı? Varsa, təqdim etsin. Guya onun yaşadığı o villalar öz adınadır? Dükanları, mülkiyyəti öz adınadır? Bu adam kimi ələ salır? Amma ona qəti sözüm budur ki, oğlu daha bu maşına minməsin, yoxsa şəklini çəkib nümayiş etdirəcəm. Amma bu yazı ilə xalqa bir xidmətim oldu, xalqın əlindən alınmış bir əmlakı elə oliqarxların əlindən alıb xalqa qaytardıq. Elton Məmmədovun yalanını publika.az da ifşa etdi. İndi söz Elton Məmmədovundur. Mandatını qoyub çıxıb getsin”.

Deputatı ifşa edən daha bir faktı isə publika.az saytı üzə çıxarıb. Saytın əməkdaşları 10 LZ 100 dövlət nömrə nişanlı “Nissan Skyline GT-R35" markalı avtomobilin sahibi Bağırov Zaur Mətləb oğlu barədə qısa araşdırma aparıb. 

Məlum olub ki, Zaur Bağırov hazırda Nəqliyyat Nazirliyinin balansında olan “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində (ASC) çalışır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Z.Bağırov Elton Məmmədovun ailəvi yaxın tanışıdır.

Hətta deputat Elton Məmmədovla Aynar Məmmədovun müxtəlif məkanlarda bahalı avtomobillərdə və dəbdəbəli həyat tərzlərini əks etdirən birgə fotoları da var. Sayt

həmin fotoları da oxuculara təqdim edib.

*       *      *  12:35

Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlunun Bakının Zığ-aeroport şossesində sürət yarışına çıxdığını əks etdirən videokadrların virtualaz.org və haqqin.az saytlarında yayılmasından sonra deputat bu xəbərə mətbuatda qəzəbli reaksiya verib.

Elton Məmmədov bu məlumatı “yalan, böhtan və şantaj” adlandıraraq deyib ki, onun oğlunun heç bu nömrədə belə maşını yoxdur. Söhbət 10 LZ 100 dövlət nömrə nişanlı “Nissan Skyline GT-R35“ markalı avtomobildən gedir. Deputat iddia edib ki, onun oğlunun adını hallandıranlar “gözü götürməyənlərdir” və məqsəd Azərbaycan gəncliyini “qaralamaqdır”.

E.Məmmədov daha sonra jurnalistləri həmin nömrə nişanlı avtomobilin kimə məxsus olduğunu DYP-də araşdırmağa da çağırıb.

Qeyd edək ki, virtualaz.org saytı 2012-ci ilin mayında çəkilmiş həmin videokadrları oxuculara təqdim etməzdən əvvəl avtomobillərin kimə məxsus olduğunu DYP-dəki mənbələrdən araşdırmışdı və kartoteka məlumatlarına əsasən avtomobilin məhz deputatın övladlarından birinə məxsus olduğu dəqiqləşmişdi.

Deputat Elton Məmmədovun bu qəzəbli açıqlamasından sonra haqqin.az və virtualaz.org saytlarının təsisçisi, jurnalist Eynulla Fətullayev yenidən məsələni araşdırıb.

Eynulla Fətullayev bildirib ki, o, öz mənbələri vasitəsilə bir daha DYP-nin kartotekasında Bakı küçələrində sürət yarışına çıxan avtomobilin kimə məxsus olduğunu dəqiqləşdirib.

“DYP-nin kartotekasında yer alan məlumatlarda göstərilib ki, 10 LZ 100 dövlət nömrə nişanlı “Nissan Skyline GT-R35”nin sahibi Məmmədov Aynar Elton oğludur. Üstəlik 10 LR 100 dövlət nömrə nişanlı avtomobillər də Məmmədov Aynar Elton oğlunun adına qeydiyyatdan keçib. Ona görə də mən deputat Elton Məmmədova müraciət edərək deyirəm ki, maşınların oğluna aid olmadığına belə əmindirsə, gəlsin birlikdə DYP-yə gedək və məsələni araşdıraq. Əgər maşınlar doğrudan da onun oğlunun adına deyilsə, o zaman mən jurnalistikadan gedəcəyimi elan edirəm. Əgər maşınların Elton Məmmədovun oğlunun adına olduğu təsdiqlənərsə, bu zaman o, deputat mandatını təhvil verməlidir. Çünki millət vəkili xalqa yalan danışmaz” - deyə E.Fətullayev bildirib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar