Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Metro və avtobuslar kart sisteminə keçilir


İctimai nəqliyyatda kart sisteminə keçid ilin sonuna tam yekunlaşacaq


Artıq yanvarın 1-dən avtobuslarda qəpiklər işləməyəcək.
 
PİA.AZ Nəqliyyat Nazirliyinə istinad edərək xəbər verir ki, Avropa Olimpiya oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar bir sıra tədbirlərlə yanaşı bütün nəqliyyat vasitələrində ödəniş kartlarının tətbiqi başa çatdırılacaq.    
 
Qeyd edək ki, ölkəmizdə ictimai nəqliyyatda ilk kartlı keçidi Bakı Metropoliteni tətbiq edib. Artıq neçə ildir metroda nəğd ödəniş tamamilə ləğv edilib və insanlar kartla ödənişə öyrəniblər. Lakin hər nəqliyyat vasitəsi üçün ayrı-ayrı kartların tətbiqi vətəndaşlarda narahatlıq yaratdığından ictimai nəqliyyatda vahid kart sisteminin yaradılmasını təklif edirlər.
 
Bu məsələ 2 il əvvəl dövlət qurumları arasında müzakirə edilsə də, nəticəsiz qalmışdı. Daha doğrusu, Metropolitenin keçmiş rəisi Tağı Əhmədov buna razı olmamışdı. Bəs hazırda vəziyyət necədir?
 
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev saytımıza açıqlamasında vahid kartın işə düşməsi üçün danışıqların davam etdirildiyini bildirb:
 
“Təbii ki, ümumi ictimai nəqliyyatda vahid kart sisteminə keçilməsi bizim də istəyimizdir. Artıq bununla bağlı danışıqlar gedir. İstər tərəfdaş şirkətlər, istərsə də müvafiq dövlət qurumları ilə danışıqlar davam edir. Düşünürük ki, buna nail ola biləcəyik”.
 
Xatırladaq ki, hazırda bir çox xarici ölkələrdə, o cümlədən, Böyük Britaniyada nəqliyyatda vahid kartdan istifadə edilir. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar