Bakı metrosunda problem yaşanıb
"Qafqazinfo"ya sərnişinlərin verdiyi məlumata görə, "Dərnəgül-Həzi Aslanov" xəttində ləngimə olub.
Belə ki, metronun "İnşaatçılar" stansiyasında qatar dayanıb. Sərnişinlərin sözlərinə görə, 10 dəqiqəyə yaxındır ki, qatar tuneldə hərəkətsiz vəziyyətdədir.
pia.az