Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meyxana


Mənim yolum uzaqdı deyə kefdəyəm


Otururam pəncərənin ağzında, əlimi qoyuram qulağımın dibinə, avtobusda oxudulan meyxanalara qulaq asıram. Bu Koreya avtobusları da öyrəşiblər, artıq meyxana ritmiylə gedirlər. Bir də gördün, meyxananın şirin yerində avtobus tırhatırnan gülür. Bir dəfə elə ləzzətli qafiyə gəldi ki, avtobus uzun müddət dal təkərləri üstə şaha qalxıb irəlilədi.
 
Bir dəfə də az qalmışdı, hamımız qəzada qırılaq. Deməli, şıdırğı meyxana gedirdi, birdən meyxanaçılardan biri təkrar dedi. Bilirsiz dəə, meyxanada təkrar bağışlanmazdı. Bunu eşidən avtobus dal təkərlərini göyə qaldırıb nətəri şıllaq atdısa, az qaldı, hamımız qabaq pəncərədən çölə tökülək. Uzun yoldu, belə şeylər çox olur.
 
Hə, şəhərə tərəf gəlirəm, avtobusda Ağamirzəylə Elşən Xəzər deyişirdi. Ağamirzə ortaya bir dənə qafiyə atdı ki, meyxanada hələ mənim qabağıma çıxan olmayıb, neyniyə bilərsən mənə?! Elşən dedi, mən çox sənin kimilərini meyxanada bağlayıb, kənara tullamışam, neyniyə bilərsən mənə?! Belə deyəndə Ağamirzə qızışdı, dedi, adın da Xəzərdi, əl-ayağını bağlayıb Xəzərdə boğaram səni! Elşən qayıtdı ki, mən suyun dibində əl-qolumu açıb gələrəm üstünə, əllərimlə boğaram səni! Ağamirzə dedi, sən məni boğmaq istəsən, iki əlin də “zanit” olacaq, onda mən sənin qulaqlarını dartacam! Elşən dedi, neynərsən mənə, neynərsən mənə, sən mənim qulaqlarımdan tutsan, mən də sənə bir dənə kəllə qoyacam!

Ağamirzə xeyli fikirləşəndən sonra dedi, sən mənə kəllə vura bilməzsən, sən kəllə atan kimi mən başımı yana qaçırdacam, sənin kəllən fıs keçəcək! (Belə deyəndə avtobus yerində dingildəyib xeyli oynadı). Elşən dedi, başını yana əyərsənsə, mən də soldan qulağının dibinə bir dənə yumruq geyindirəcəm! Ağamirzə dedi, sən mənim qulağımın dibinə qoysan, mən də sənin qarnına bir dənə vuracam! Elşən dedi, sən mənim qarnıma vurarsansa, mən də sənin paçanın arasına bir təpik ilişdirərəm! (Belə deyəndə avtobusda hamımız ayağa qalxıb ləzzətlə qışqırdıq).
 
Ağamirzə qayıtdı ki, bura efirdi, bir az tərbiyəli danış, qurşaqdan aşağı düşmə! Elşən dedi, neyniyərsən, neyniyərsən, tərbiyəsiz özünsən, mən həci adamam! Ağamirzə dəli oldu, dedi, tərbiyəsiz də sənsən, qanacaqsız da, səni kimi həciləri mən çox görmüşəm, gedib hamınız daldada araq içirsiniz! Elşənin beyni qızdı, dedi, ay meyxanadan bixəbər yoğun, bir vaxtlar özün mağazalara butulka təhvil verib arağa dəyişmirdinmi, neynərsən mənə, neynərsən (Avtobus altımızda yenə şıllaq atdı, hamımız eşşəyin belindəki kimi atılıb-düşdük).
 
Ağamirzə dedi, bəs yadındadımı, mən içəndən sonra butulkanı zibilliyə atırdım, sən də zibillik siçovulu kimi butulkanı götürüb mağazaya qaçırdın! Elşən dedi, sən “uje” burda təkrar elədin, ancaq mən siçovulamsa, sən də pinqvinsən! Belə deyəndə Ağamirzə coşdu, dedi, mən pinqvinəmsə, buzlar arasında üzərəm, ancaq sən dəvəsən, belin heç vaxt düzəlməyəcək! Elşən dəli oldu, dedi, alə, mən dəvəyəmsə, onda sən də begemotsan, özünü zorla dartıb aparırsan! Ağamirzə dedi, mən begemot olsaydım, səni ayağımın altına alıb tapdayardım! Elşən dedi, tapdayan oğulsan, get Qarabağda erməniləri tapdala! (Hamımız yenə ayağa qalxıb qışqırışdıq).
 
Ağamirzə dedi, alə, mən Qarabağı İmam Hüseyndən istəmişəm! (Hamımız yenə ekstaz vəziyyətdə qışqırdıq). Elşən qayıtdı ki, neynərsən mənə, onda mən də Qarabağımızı həzrət Əlidən istəmişəm! (Avtobus yenə coşqu içərisində qışqırdı). Ağamirzə qayıtdı ki, onda mən də Qarabağımızı həzrət Peyğəmbərimizdən istəmişəm! (Avtobus yenə qalxıb coşdu). Elşən dedi, mənsə Qarabağımızı o bir Allahdan istəmişəm! (Avtobusda hamımız ayağa durub dəli kimi qışqırışdıq).
 
Meyxana qurtardı. Bir də baxdım ki, başım meyxanaya qarışıb, düşəcəyim dayanacağı xeyli arxada qoymuşam.
 
Murad Köhnəqala(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar