Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məzahir Pənahov bəzi DSK-lara xəbərdarlıq edib


“Dairə seçki komissiyalarının mütləq əksəriyyətinin fəaliyyəti normaldır, sənədlərin tərtibatı və təqdim edilməsi sahəsində hər hansı problem yoxdur. Ancaq 19 saylı Nərimanov Birinci Seçki Dairəsi və digər 1-2 dairədə deputatlığa namizədliyi irəli sürülmüş şəxslərə qərarların, sənədlərin tam təqdim olunmaması hallarına bir neçə dəfə rast gəlinib”


APA-nın məlumatına görə, bunu 19 saylı Nərimanov Birinci Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş REAL Vətəndaş Hərəkatının üzvü Mübariz Rəhimlinin namizədliyinin müvafiq dairə seçki komissiyası tərəfindən qeydə alınmaması barədə şikayətinə baxılarkən  Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. 
 
M. Pənahov bildirib ki,  bu DSK-larda ya DSK sədri yerində deyil, ya da deputatlığa namizədliyi irəli sürülmüş şəxsə sənədləri təqdim edən şəxs bu işi tam bilmir: “Biz 19 saylı Nərimanov Birinci Seçki Dairəsi barədə belə şikayətləri ilk dəfə eşitmirik. Biz belə dairə seçki komissiyalarını müəyyənləşdirməli, bu məsələ ilə məşğul olmalıyıq”.  
 
M. Pənahov MSK-nın işçi qrupunun araşdırmasının isə obyektiv aparıldığını vurğulayıb: “MSK-nın işçi qrupunun araşdırması tam əhatəli, obyektivdir və istənilən deputatlığa namizədliyi irəli sürülən şəxs də bu araşdırmanın nəticələri ilə tanış ola bilərlər”.  
 
Qeyd edək ki, MSK 19 saylı Nərimanov Birinci Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş REAL Vətəndaş Hərəkatının üzvü Mübariz Rəhimlinin namizədliyinin müvafiq dairə seçki komissiyası tərəfindən qeydə alınmaması barədə şikayətini əsassız sayıb, DSK-nın qərarı qüvvədə saxlanılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar