Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məzmunsuz intiharlar ölkəsi və cənnətin yolu

QAN TURALI yazır


Axşam yazıları
 
Neçə intiharın qanına batmışıq, tələm-tələsik qoyduğumuz o xəbər başlıqları nə qədər insanın ölümünə bais olub.
 
Sovet dövründə bu cür xəbərlər mıətbuata çıxmazdı.
 
Əslində baxsan biz Sovet mətbuatından çox az şey əxz etmişik, jurnalistikamızdan çalışanların əzici çoxluğu müstəqillik dövründə başlayıb.
 
Biz intihar xəbərlərini o qədər adi bir şey kimi oxuyuruq ki...
 
O qədər adi bir şey kimi veririk ki xəbərləri...
 
Bəzən Facebookun zaman tunelində məhəl də qoymuruq o xəbərlərə, oxumadan keçirik ki, ovqatımız təlx olmasın, kefimiz qaçmasın.
 
Biz intiharlar haqda xəbərlər veririk, lakin bir anlıq da olsa o intiharın anatomiyası haqqında düşünürükmü?
 
Bu haqda geniş müzakirələr keçirdirikmi, antiintihar tədbirləri haqda fikirləşirikmi?
 
Ümumiyyətlə, intihar necə olur, bu haqda sosial-fəlsəfi biliklərimiz yetərincədirmi?
 
Neçəmiz Dürkheymi oxumuşuq, bəşəri bir problemin mahiyyətini bilirik?
 
Sadə bir məsələni deyəcəm.
 
İntihar xəbərlərində ağır sosial problemi səbəb kimi göstəririr, polisin verdiyi bu xəbəri olduğu kimi köçürürük.
 
Əlbəttə, hər xəbərin arxasınca Dürkheymdən sitat qoymaq, ona fəlsəfi analiz ya da nə bilim Martin İden intiharı kimi bir roman sərf etməkdən danışmıram.
 
Biz, cəmiyyət kimi, jurnalist kimi, vətəndaş kimi, alim kimi intihar hadisəsinin mahiyyətinə nə qədər bələdik.
 
"İmkansızlıq ucbatından özünü öldlürdü" deməklə şüuraltı bir mesaj ötürürük, maddi vəziyyətin pisdirsə öl, qurtar.
 
Halbuki adam başına düşən milli gəlirə görə dünya lideri olan Skandinaviya ölkələrinin intihar siyahısına liderlik etdiyini nə tez unuduruq.
 
Bu faktı bilirikmi?
 
Heç kimin biliyini yoxlamaq istəmirəm, məni məsələnin mahiyyəti maraqlandırır.
 
Biz məsələnin mahiyyətini bilmədiyimizə görə intihara son dərəcə adi bir şey kimi baxırıq, ona görə də intihar adiləşir, banka borcunu ödəyə bilməyən intiharı bir həll yolu kimi görür.
 
Halbuki sosial problemlər intiharın bir səbəbi ola bilər və bu səbəb heç bir halda həlledici səbəb deyil.
 
Mən indi burda durub II Dünya Müharibəsinin qarşısını ala bilmədiyinə görə özünü günahkar bilən Stefan Sveykin müqəddəs intiharından danışmıram, heç o intiharı da təqdir etmirəm.
 
Söhbət adi insanlardan gedir, o insanlar ki, bəzən adi bir şeyə görə intihar edirlər.
 
Oğlan sevgilisinə qovuşa bilmir, intihar edir.
 
Bundan sonra da başlayırlar onu qınamağa.
 
Amma bir anlıq düşünün, həyatla heç bir əlaqəsi olmayan o sentimental mahnılar bu intiharları nə qədər körükləyirlər...
 
Bu oğlan bilsəydi ki, bir qızla dünyanın sonu gəlməz, o oğlan bilsəydi ki, çəkdiyi acı və ağrı bir anlıqdır, o gələcəkdə xoşbəxt olacaq və xoşbəxt olduqda indi içinə düşdüyü bu böhranı gülə-gülə xatırlayacaq, intihar edərdimi?
 
Söhbət intihar edən o gəncin psixoloji problemləridir, tutaq ki, qızla arasında olan sinif fərqi, gəlir fərqi deyildir.
 
Ya da sosial problemlərə görə intihar edənləri götürək.
 
Bu insanlar sağlıqlarında normal düşünməyi bacarsaydılar gəlirlərinin çox üzərində olan ağır şərtli borca girməzdilər.
 
Bu insan göründüyü kimi olmaq istəsəydi, tutaq ki, 1000 manatlıq telefon əvəzinə 100 manatlıq telefon işlətsəydi bank kreditinə ehtiyac qalmazdı.
 
Bu adamın intihar etməsinin səbəbi o adamın gerçəklikdən uzaq olmasıdır, sosial problemlər deyil.
 
500 manatla xoşbəxt yaşayan ailələr var, 5000 manatla bədbəxt olanlar da var.
 
Məsələ sizin həyata münasibətinizdir.
 
Məsələ sizin gerçəkliyə münasibətinizdir.
 
Məsələ sizin özünüzə münasibətinizdir.
 
Media da problemlərə yanaşmaqda analitik gücünü göstərmir, xəbər bolluğunda keçir xəbəri.
 
Halbuki xoşbəxt olmaq üçün hər şey öz əlimizdədir.
 
Sən həyata real yanaşsaydın intihar etmək həddinə də düşməyəcəkdin.
 
Düşmüsənsə belə ordan çıxa biləcəksən.
 
Məsələ bu qədər sadədir.
 
Sən intihar etməklə öz vəziyyətini düzəltmirsən, qarşında olan o gözəl illəri məhv edirsən.
 
Ölümə layiq olan sən deyilsən, sənin beynindəki qeyri-real, anormal, xəstə düşüncələrdir.
 
Onlar ölməlidir, sən isə onları öldürməklə sağ qalmalı və xoşbəxt olmalısan. (kulis)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Etiqadı batil molla oğlu, tülkünü həccə göndərən - Şaiqin həyatı

O iyrənc zorlama xəbəri və qırmızıbaş qadın

Antiterror təşkilatımızın yandırılan möhürü

Sürücüsüz maşınlar gəlir bəs bizim xəyallar?

Ən çox oxunanalar