Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Cabbarov Beyləqanda vətəndaşlarla görüş keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Təhsil naziri Mikayıl Cabbarovun dünən Beyləqanda ictimaiyyət nümayəndələri ilə görüşü keçrilmişdir


Görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Mədəniyyət sarayda keçirilən görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxış edərək, son illərdə rayonda görülən işlərdən, müxtəlif sahələrdə, o cümlədən aqrar sektorda əldə olunan uğurlardan danışıb. Bildirib ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Beyləqanda geniş quruculuq işləri aparılıb, infrastruktur layihələri həyata keçirilib, yeni iş yerləri açılıb. Qeyd edib ki, əsasən aqrar rayon olan Beyləqanda heyvandarlığın, taxılçılığın və pambıqçılığın inkişafı üçün geniş imkanlar var.

Görüşdə çıxış edən Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Prezidentin tapşırığı ilə bölgələrdə keçirilən görüşlərin əsas məqsədi əhalini dinləmək, fikir və təkliflərini öyrənmək, qaldırılan məsələlərin həllinə nail olmaqdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasətdən danışan nazir diqqətə çatdırıb ki, müharibə şəraitində yaşamasına, bir milyondan artıq qaçqın və məcburi köçkünün olmasına baxmayaraq Azərbaycanda bütün sahələrdə tərəqqiyə nail olunub. Paytaxtla yanaşı bölgələr də inkişaf edib. 3 minə yaxın məktəb, yüzlərlə xəstəxana tikilib, minlərlə kilometr yollar çəkilib, infrastruktur layihələri həyata keçirilib, geniş quruculuq işləri aparılıb. Azərbaycanda aparılan dövlət siyasətinin əsasında  əhalinin sosial rifahının yaxşılaşdırılması durur.

Mikayıl Cabbarov ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün torpaqlardan səmərəli istifadənin vacibliyinə diqqəti yönəldib. Bildirib ki, bunun üçün beynəlxalq təcrübə öyrənilməli və ölkədə tətbiq edilməlidir.
Təhsil naziri məmur - vətəndaş münasibətlərinə də toxunub. Qeyd edib ki, məmurlar vətəndaşlar üçün əlçatan olmalı, onların müraciətlərinə, problemlərinin həllinə diqqətlə yanaşmalıdırlar.

Təhsil naziri Mikayıl Cabbarov ictimaiyyət nümayəndələrini müzakirəsində fəal olmağa, çatışmazlıqların həlli, rayonun inkişafı üçün təkliflər verməyə çağırıb.
Görüşdə çıxış edən ictimaiyyət nümayəndələri və sahibkarlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, pambıqçılığın inkişafı, pambıq istehsalçılarına subsidiyaların verilməsi, qış otlaq torpaqlarından icarəyə götürülmüş sahələrin əkin dövriyyəsinin 3 faizdən 30-40 faizə çatdırılması, uyğunlaşdırılmış binalarda fəaliyyət göstərən məktəblər üçün binaların tikilməsi və əsaslı təmiri ilə bağlı təklif və müraciətlər ediblər.

Görüşdə Milli Məclisin deputatları Çingiz Qənizadə və Şahin İsmayılov iştirak edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar