Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Cabbarov gözləntiləri doğrultdumu?


Mikayıl Cabbarovun nazir olmasından bir il ötdü


Ekspertlər onun gözləntiləri doğrultmadığını deyir

Aprelin 19-da Mikayıl Cabbarovun ölkə başçısının sərəncamı ilə təhsil naziri vəzifəsinə təyin olunmasından bir il ötdü. Əksər ekspertlər yeni nazirin gözləntiləri doğrultmadığı qənaətindədirlər. Ancaq bildirilir ki, hər tədris ili müddətində müxtəlif bayramlar və ya müxtəlif adlarla şagirdlərdən pul yığılmaları azalıb, nazirin hədəfinə tuş gəlməmək üçün məktəb direktorları şagirdləri və valideynləri əvvəlki kimi sıxışdırmırlar.

Həmçinin nazir bu bir ildə qeyri-standart qərarları ilə diqqət çəkib. Məsələn, orta məktəbi bitirənlərin hamısına attestat verilməsi qərarı maraqla qarşılanıb və bu qərarla attestatla bağlı olan bütün söz-söhbətlərin kökünü kəsməyə nail oldu. Həmçinin nazirlik aparatında dəyişikliklər oldu, o cümlədən bir neçə ali məktəb rəhbəri və məktəb direktoru işdən çıxarıldı, 12 illik təhsil sisteminə keçid təklif edildi, müəllimlər üçün diferensial əmək haqqı və mükafatlandırma sisteminin hazırlanması gündəmə gəldi.

“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə deyir ki, ölkə təhsilinin qarşısında çox ciddi problemlər dayanır və nazir dəyişikliyi tez bir zamanda bu ciddi problemlərin öhdəsindən gələ biləcək faktora çevrilə bilməz: “Ancaq buna baxmayaraq, təhsil sistemində müəyyən canlanmalar baş verib. Azərbaycan təhsilinin inkişaf strategiyası ölkə başçısı tərəfindən təsdiqlənib. Ancaq o strategiyanın təhsilin inkişafına hansı təsir göstərəcəyi barədə fikir söyləmək mümkün deyil.

 Çünki strategiya qəbul olunmamışdan əvvəl təhsilin, xüsusilə orta təhsilin inkişafı ilə bağlı 16 islahat proqramı və layihə qəbul olunmuşdu. Onlar tam fiaskoya uğradı, həmin layihələrə yüz milyonlarla manat vəsait ayrılmışdı. Təkcə orta məktəblərdə informasiya kommunikasiya texnologiyalarının, yəni İKT-nin təminatına 30 milyon manat vəsait xərclənmişdi. Bundan başqa, təhsil sistemində yeni nazirin uğurlarını görmədik. Ən çox yadda qalan işlər beş universitet rektorunun vəzifədən çıxarılması oldu. Eyni zamanda, bir neçə məktəb direktoru vəzifəsindən kənarlaşdırılıb, ancaq işində çox ciddi nöqsan və qüsurlara yol verən məktəb direktorları, kollec rəhbərləri, nazirlikdə böyük vəzifə tutan şəxslər  öz vəzifələrində qalırlar. Bir ekspert kimi hesab edirəm ki, bu ilki məzunların təhsil göstəricisi ötən ildən bir o qədər fərqlənməyəcək. Çünki məktəbdə elə ciddi islahatların aparıldığı hiss olunmur. Yenə də şagirdlərin dərsdən yayınması, repetitor təhsilinin məktəb təhsilini üstələməsi faktları var və ciddidir. 

Müəllimlərin attestasiyadan keçirilməsi məsələsi açıq qalır. Məktəb idarəetməsində elə ciddi addımlar baş verməyib. Bundan başqa, 3-4 ay ərzində daha böyük gözləntilərə ümid bəslənilirdi, sonra bir qədər səngiməyə başladı. Sırf peşəsi korrupsiya olan təhsil müəssisəsi rəhbərləri yenə əvvəlki kimi özlərini rahat hiss edirlər. Təhsil Nazirliyinin mərkəzi aparatında aparılan kadr islahatları da hələlik çevik idarəetmə üçün elə bir əsas yaratmayıb. Təhsilin digər pillələrində, məsələn, texniki peşə təhsilində irəliləyiş hiss olunmur. Ancaq bu bir il Misir Mərdanovun çalışdığı 17 ilin 1 ilidir,  odur ki, daha böyük irəliləyişlər gözləmək bir qədər sadəlövhlük olardı. Amma hər halda, işlər çox sürətlə getməlidir. Azərbaycan Postsovet ölkələri arasında təhsil göstəricilərinə görə əksəriyyətdən aşağı səviyyədədir və bunu heç cür Avropa ilə müqayisə etmək mümkün deyil”.

Qeyd edək ki, sabiq təhsil naziri Misir Mərdanov da indiki təhsil naziri Mikayıl Cabbarovun fəaliyyətinə qiymət verib. Lent.az-ın məlumatına görə, M.Mərdanov bildirib ki, təhsil sahəsinə yeni qüvvələrin gətirilməsi vacib bir işdir: “Təhsil sahəsinə yeni qüvvələrin gətirilməsi çox vacib idi. Yeni qüvvələr gətirilib də. Yeni nazir Mikayıl Cabbarovla aramızda olan münasibətlər çox normaldır. Nazirə və nazirliyin əməkdaşlarına uğurlar arzulayıram. İndi çox məsuliyyətli vəzifəyə təyin olunmuşam. Bir ildir ki, yeni işimdə çalışıram. Prezidentin uğurlu siyasəti nəticəsində bu gün təhsilimiz inkişaf edir. Təhsilə tədricən cavan adamlar cəlb olunmalıdır”.

Azadlıq.info isə yazıb ki, AMEA-nın illik iclasında sabiq təhsil naziri Misir Mərdanovla və yeni təhsil naziri Mikayıl Cabbarov üz-üzə gəliblər, amma onlar bir-biri ilə salamlaşmayıblar. Bu, isə onu göstərir ki, M. Mərdanovla M. Cabbarov arasında münasibətləri heç də normal deyil.

M.Mərdanovun xələfinə təriflər yağdırması isə M.Cabbarovun bir neçə gün əvvəl ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədəki çıxışı ilə bağlı ola bilər. M.Cabbarov həmin müşavirədə təhsil müəssisələrinə məxsus ərazilərin zəbt olunması və təhsil ocaqlarına işəgötürmələrdə ciddi qanun pozuntularına yol verilməsi məsələsini qaldırıb. Görünür, M.Mərdanov bu çıxışdan təşvişə düşüb və M.Cabbarovun bu məsələnin üstünə çox getməməsi üçün yeni naziri tərifləməyi çıxış yolu hesab edib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar