Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Cabbarov xalası oğlunu Bakı şəhər Təhsil Şöbəsinə müdir gətirir?


Nailə Rzaquliyevanın yerinə gətirilən "xalaoğlu" həmçinin Regional Təhsil idarələrində müdirliyə "həvəsli olan" namizədləri "saf-çürük" edir


Təhsil nazirliyində özəl mənbələrdən PİA.AZ daxil olan məlumata görə Regional Təhsil idarələri müdirlərinin təyin edilməsini, daha doğrusu namizədlər arasında "saf-çürük" edilməsini nazir Mikayıl  Cabbarov xalası oğlu Elnur Əliyevə tapşırıb. 

Məlumatda bildirilir ki, yanvar ayının 1-dən fəaliyyətə başlayacaq Regional təhsil idarələrinin artıq formalaşdırılması prosesinə başlanılıb. Regional Təhsil idarələri bir neçə rayonun təhsil şöbəsini özündə birləşdirərək birbaşa Təhsil nazirliyinə tabe olacaq vəbu yolla icra başçılarının təhsil şöbələrinə müdaxilələrinin qarşısı alınacaq.
Məlumatlı mənbə qeyd edir ki, nazirin xalası oğlu Elnur əliyev özünə yaxın şəxslərin regional təhsil idarələrində müdir təyin etdirmək üçün planını artıq işə salıb. Bu məsələdə Elnur Əliyevə dəstək verən şəxs isə birbaşa nazir Mikayıl Cabbarovdur. Belə ki, yeni nazir ətrafının əli ilə təhsil nazirliyində keçmiş nazir Misir Mərdanovdan qalmış və orada kök salmış şəxslərin əl qolunu bağlamaq, sistemi bir əldə cəmləmək üçün bütün regional idarələri xalası oğlunun nəzarətinə keçirtmək niyyətindədir. 

Mənbəmiz qeyd edir ki, Mikayıl Cabbarovun bu planı və istəyi artıq reallaşmaq üzrədir. Çünki prezidentin sərəncamı ilə ləvğ edilmiş təhsil şöbələrinin yerində yaradılan Regional Təhjsil idarələrinin formalaşdırılması, qurulması strukturlaşdırılması nazirin bütün orta təhsil sistemini öz nəzarətinə keçirmək üçün  əla fürsətdir. Qeyd edək ki, prezidentin həmin sərncamında nazirin səlahiyyətləri artırılıb.

Həmçinin PİA.AZ-a daxil olan məlumatda qeyd olunur ki, Regional Təhjsil idarələrinə müdir təyinatı almaq üçün start qiymət 200 min manatdır.

Bundan başqa PİA.AZ-adaxil olan məlumatda o da qeyd olunur ki, Mikayıl Cabbarov Bakı şəhər Təhsil Şöbəsinin müdiri Nailə Rzaquliyevanı vəzifəsindən kənarlaşdırmaqda əsas məqsədi Elnur Əliyevi Bakı şəhər Təhsil Şöbəsinin müdiri təyin etdirməkdir. Xatırladaq ki, Elnur Əliyev Təhsil Nazirliyndə bir neçə önəmli vəzifə sahibiolmaqla yanaşı həmçinin Bakı şəhər Təhsil Şöbəsinin müdirinin müavini vəzifəsində çalışırdı və Bakı şəhər Təhsil Şöbəsində əsas səlahiyətli şəxs hesab olunur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar