Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Cabbarov “Bakı 2015” könüllülərindən yazdı


“Bakı 2015 Birinci Avropa oyunlarının yüksək səviyyədə keçirilməsində 18 mindən artıq tələbə könüllülərin də özünəməxsus yeri var. Bununla bağlı Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tədbirin bağlanış mərasimində öz təşəkkürünü bildirdi. Bu tədbirdə iştirak edən bütün könüllülər həm də yeni keyfiyyətlər qazandılar”


Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov öz rəsmi facebook səhifəsində yazıb.

Nazir könüllülərin fəaliyyətini yüksək qiymətləndirib:

“Ünsiyyət, təqdimat, təmsilçilik, komanda işi, həmrəylik və birgə əlaqələndirmə bu missiyanın ayrı-ayrı elementləri idi. Heç şübhəsiz ki, I Avropa Oyunlarında tələbə könüllülərin yüksək səviyyəli fəaliyyəti onların gələcək karyera imkanları qazanmasında, vətəndaş məsuliyyətinin formalaşmasında öz sözünü deyəcək.

Əziz könüllülər! Sizi ölkəmizin tarixində keçirilən ən böyük və möhtəşəm tədbirdə iştirakınız münasibətilə bir daha təbrik edir, uğurlar arzulayıram. Bu tədbir həm də ölkəmizin dünyaya böyük təqdimatı idi. Bu işdə əməyi olan hər bir şəxs sonsuz minnətdarlıq hissinə layiqdir. Əlbəttə ki, ilk növbədə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva”.

Mikayıl Cabbarov bu gənclərin Avropa Oyunlarından sonra cəmiyyətdə öz layiqli yerlərini tutacaqlarına əmin olduğunu qeyd edib:

Azərbaycan prezidenti İlham Əliyev Bakı-2015 I Avropa Oyunlarında qalib gəlmiş Azərbaycan idmançıları, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla görüşdə çıxışında qeyd etdiyi kimi, könüllülər ölkəmizin bir daha böyük potensiala, insan kapitalına malik olduğunu göstərdilər. 

Bu gün gənclər bizim üçün qürur mənbəyidirlər, onlar gecə-gündüz peşəkarlıqla, böyük mədəniyyət göstərərək Azərbaycan xalqına xas qonaqpərvərliyi nümayiş etdirərək çalışıblar. Doğrudan da, bizim gələcəyimiz etibarlı əllərdədir. Bu gənclər Avropa Oyunlarından sonra cəmiyyətdə öz layiqli yerlərini tutacaqlar.

Əziz könüllülər! Könüllülük hissiyatınızla paylaşdığınız hər bir dəyər həm də ölkəmizin adına bir çalar, rəng miqyası əlavə edir. Bu miqyasda sizin - böyük könüllülər ailəsinin özünəməxsus imzası olmaqla gələcək Azərbaycanın sabahı görünür”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar