Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Cabbarovun şübhəli tender əməliyyatı


Təhsil Nazirliyi tender qanunvericiliyini korporativ maraqlara görə pozub


Təhsil Nazirliyinin elan etdiyi tender yekunlaşmamış Böyük Britaniyanın “Ernst & Young” Konsaltinq Şirkətinin Bakı filialı “qalib” gəlib; İngilis şirkətinə dəyəri 500 min manat olan müəllimlərə əsaslı əmək haqlarının ödənilməsi sistemini hazırlamaq tapşırılıb 

Təhsil Nazirliyi müxtəlif beynəlxalq təcrübəni və yanaşmaları nəzərə alaraq müəllimlərə əsaslı əmək haqlarının ödənilməsi sistemini hazırlaması məqsədilə tender elan edib. Tenderə əsasən 12 ay müddətində konsaltinq şirkətləri müəllimlərə fəaliyyət-əsaslı əmək haqlarının ödənilməsi sistemini hazırlamalıdırlar.

Tender elanına əsasən layihənin icrasında iştirak etmək istəyən konsaltinq şirkətləri öz maraqlarını ifadə edərkən icra olunmuş oxşar layihələr haqqında, müvafiq bilik və bacarıqlara malik olan işçi heyəti haqqında məlumatı təqdim etməlidirlər. Şirkətdən eyni zamanda təhsil tədqiqat sahələrində, əməyin qiymətləndirilməsi sahəsində insan resurslarının idarə olunmasına dair layihələrin həyata keçirilməsi, əsasən təhsil sahəsində beynəlxalq və yerli donorlardan maliyyələşən layihələrdə işləmək təcrübəsinə malik olmaq tələb edilir. Həmçinin, peşəkar işçi heyət və layihənin icrası üçün tələb olunan digər resursların mövcudluğu da zəruri şərtlər kimi qeyd olunub.

Təhsil Nazirliyindəki qaynaqlardan  PİA.AZ-a verilən məlumata görə, son seçim mərhələsində Böyük Britaniyanın “Ernst & Young” Konsaltinq Şirkətinin Bakı filialı, Belçikanın “IBF International”, Almaniyanın “GOPA Consultants” , “Particip GmbH”, Kandanın “Mount Saint Vincent University Consulting”, Kosta-Rikanın “Sanigest Internacional” şirkətləri iştirak edirlər. Ancaq tender hələ başa çatmamış Böyük Britaniyanın “Ernst & Young” şirkətinin Bakı filialı faktiki olaraq qalib elan edilib. Bu isə Azərbaycanın tender qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Çünki tender qanunvericiliyinə görə, son seçimlər başa çatmamış, iştirakçıların təklifləri müqayisəli şəkildə dəyərləndirilməmiş hansısa şirkət qalib elan edilə bilməz. 

Mənbənin məlumatına görə, hələ “Ernst & Young” şirkətinin tenderi udması rəsmi şəkildə elan edilməsə də, artıq başqa iştirakçıların təkliflərinin dəyərləndirilməsi dayandırılıb, tender komissiyasına Böyük Britaniya şirkətinin qalib elan edilməsinin əsaslandırılması tapşırılıb. Yaxın günlərdə ingilis şirkətinin rəsmən qalib elan ediləcəyi gözlənilir.

Mənbənin sözlərinə görə, Böyük Britaniya şirkətinə üstünlük verilməsi
onun təcrübəsi və peşəkarlığı ilə izah olunmur. Təhsil Nazirliyi tender qanunvericiliyini korporativ maraqlara görə pozub. “Ernst & Young”-in Bakı filialı hakimiyyətdə söz sahibinə çevrilən Bakı klanına yaxınlığı ilə seçilən şirkətlərdəndir. Şirkət ARDNŞ, Neft Fondu, hakimiyyətin nəzarətində olan iri şirkətlərə audit xidmətləri göstərir. Audit, maliyyə məsləhətçisi, idarəetmə və müxtəlif sahələrlə bağlı konsaltinq xidmətlərinin göstərilməsi ilə əlaqədar elan edilən tenderlərdə Ernst & Young Holdinq bir qayda olaraq qalib gəlir. Təhsil naziri Mikayıl Cabbarovun da Bakı klanına daxil olduğunu nəzərə alsaq, izafi şərhə ehtiyac qalmır. Yəni bu dəfə də istisna olmayacaq və “Ernst & Young” növbəti sifarişini alacaq. 

Müəllimlərə fəaliyyət-əsaslı əmək haqlarının ödənilməsi sisteminin hazırlaması layihəsini dəyəri təxminən 500 min manatdır. 

Yazıda adı çəkilən hər bir şəxsin və qurumun mövqeyini dərc etməyə hazırıq...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar