Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millət vəkili Mikayıl Cabbarovun fəaliyyətindən danışdı


Kamilə Əliyeva: “Təhsildə islahatlar, yerində olmayan kadrların işdən azad edilməsi labüddür”


“Təhsil naziri Mikayıl Cabbarovun kadr islahatları ilə bağlı sərəncamlarını təqdir edirəm. Hesab edirəm ki, təhsildə islahatlar, yerində olmayan kadrların işdən azad edilməsi mütərəqqi hadisədir”.

Bu sözləri PİA.AZ-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva Sumqayıt Dövlət Universitetində və Bakı Baş Təhsil İdarəsində aparılan kadr yerdəyişmələrindən danışarkən belə deyib.

Onun sözlərinə görə, təhsildə islahatlar inqilabi yolla deyil, təkamül yolu ilə aparılmalıdır: “Son illər təhsil sahəsində aparılan çoxsaylı islahatlar, nəinki paytaxtda, ən ucqar kəndlərdə belə göz oxşayan məktəblərin tikilib istifadəyə verilməsi, məktəblərin ən müasir avadanlıqlarla təhciz olunması ölkə təhsilinin qarşısında yeni imkanlar açır. Bütün bu islahatlar Prezident İlham Əliyevin siyasi iradəsini ifadə edir və ölkə başçısı təhsilə qayğını əsas fəaliyyət istiqamətlərindən birinə çevirib. Təsadüfi deyil ki, bu gün ordudan sonra ən çox vəsait təhsilə ayrılır. Cənab Prezidentin də söylədiyi kimi, ölkəmiz müharibə şəraitində olmasaydı, ən çox vəsait təhsilə yönəldiləcəkdi. Əlbəttə, təhsilə bu qədər qayğı, dəstək varsa, bu sahədə çalışan kadrların da peşəkar olması zəruridir. Bu mənada təhsil sahəsində kadr islahatlarının aparılması, vəzifəsinin öhdəsindən gəlməyən məmuarla bağlı ciddi ölçü götürülməsi vacib addımdır. Təhsil naziri Mikayıl Cabbarovun bu yöndə addımlarını təqdir edir və onun ölkə təhsilinin inkişafı istiqamətində bundan sonra da zəruri islahatlar həyata keçirəcəyinə şübhə etmirik”.

Azər Niftiyev
pia.a


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar