Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclis korrupsiya ilə mübarizə sahəsində nə edir?


Hazırda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində korrupsiya ilə mübarizəyə dair hər hansı qanunvericilik aktının müzakirəsi aparılmır


Bu barədə milli.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə məlumat verib.

Bununla belə Komitə sədrinin müavini parlamentdə korrupsiya mübarizə sahəsində yeni qanunların qəbul ediləcəyini istisna etməyib:

"Komitənin adının dəyişdirilərək "Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi" adlandırılması ilk növbədə ondan irəli gəldi ki, bu gün korrupsiya ilə mübarizə artıq milli təhlükəsizliyin də bir istiqaməti sayılır. Bu baxımdan bu istiqamətdəki qanunvericlik də bizim komitənin səlahiyyətinə aiddir. Lakin hazırda komitədə korrupsiya ilə mübarizə sahəsində hər hansı qanun layihəsi üzərində iş getmir. Amma ümumən zamanı gəldikdə həm yeni qanunların qəbulu, həm də müvafiq mövcud qanunlarda dəyişikliklərin edilməsi gözləniləndir".

Qeyd edək ki, ötən ilədək bu komitənin adı "Təhlükəsizlik və müdafiə komitəsi" olub. Milli Məclisə 5-cı çağırış seçkilərdən sonra parlamentdə komitələrin sayı, adı və tərkibi ilə bağlı bir sıra dəyişiklər edilib və sözügedən komitənin də fəaliyyət sahəsinin əhatəsi genişləndirilməklə adında dəyişiklik edilib və "Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi" adlandırılıb.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev keçirdiyi son müşavirələrdə ölkədə korrupsiya, rüşvətxorluq və inhisarçılıqla mübarizənin gücləndirilməsinə dair müvafiq qurumlar qarşısında bir sıra tapşırıqlar qoyub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar