Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclis mayın 6-da 16 məsələyə baxacaq - Siayhı

Milli Məclisin növbəti iclası mayın 6-da keçiriləcək. Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında bildirib ki, iclasın gündəliyinə 16 məsələ daxildir


“Ali Məhkəmə hakimlərinin təyin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin hakiminin təyin edilməsi məsələləri iclasın gündəliyinə daxil edilib.

Eyni zamanda bir neçə hökumətlərarası sazişlərin təsdiq edilməsi də gündəlikdə nəzərdə tutulub. Bunlar "Azərbaycanla Türkiyə arasında texniki əməkdaşlıq haqqında" Protokolun təsdiq edilməsi, hər iki ölkə arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Sazişin təsdiq edilməsi, Azərbaycanla Rumıniya arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında Sazişin təsdiq edilməsi və başqalarıdır. 

Bundan əlavə bir sıra qanunlara əlavə və dəyişiklər də iclasın gündəliyinə salınıb.

Miqrasiya Məcəlləsi, Vergi Məcəlləsi, Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, “Sosial Sığorta haqqında” Qanuna, “Gömrük tarifi haqqında” Qanuna, “Banklar haqqında” Qanuna da dəyişiklər nəzərdə tutulub”.

A.Təvəkküloğlunun sözlərinə görə, mayın 6-da keçiriləcək iclasda “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqılbnda” qanun layihəsi ikinci oxunuşa çıxarılacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar