Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisdə dövlət içində dövlət yaranması təhlükəsindən danışıldı


Milli Məlisin bu gün keçirilən iclasında deputat Zahid Oruc ölkə prezidentinin son müşavirədə qeyd etdiyi tezislərə diqqət çəkib


 “Nə üçün Ermənistan indiyə qədər sanksiyalara məruz qalmayıb? Obama 8-ci dəfədir Krım hadisələri ilə bağlı Putinə telefon açıb. Siz indiyə qədər eşitmisinizmi ki, Obama Dağlıq Qarabağ məsələsi ilə bağlı Putinə telefon açsın”-deyən deputat Qərbi tənqid edib. 

Qənirə Paşayeva Ermənistanla ön cəbhədə yerləşən kəndlərlə bağlı təkliflərini səsləndirib:”Bu kəndlərdə yaşayan insanlar qəhrəmandır. Ermənilərin insanlıqdankənar hərəkət etmələrinə baxmayaraq, kənd camaatı öz evlərini tərk etmir, ordumuzun yanındadırlar. Mən onların bir neçə xahişini səsləndirmək istəyirəm. Ön cəbhədə yerləşən kəndlərdəki uşaqların ali məktəbə qəbulunda, kommunal xərclərdə güzəştlərin olması, iş yerləri açan insanların tamamilə vergidən azad olunması, dağıdılmış evlərin bərpasının sürətlə aparılması, düz hədəf altında olan evlər üçün divarların tikilməzi çox önəmlidir”. Q.Paşayeva sosial yardımların edilməsində də bu camaata yardım göstərilməsinin zəruri olduğunu deyib.

Fazil Mustafa həbsdə saxlama müddəti üçün bir günün iki gün hesablanması barədə qanuna dəyişikliyi təklif edib. Deputat daha sonra mühüm bir məsələyə diqqət çəkib. AŞPA Bürosunda Sərsəng Su Anbarı ilə bağlı ciddi bir sənədin qəbul olunduğunu deyib. O zonanın millət vəkillərinin də bu məsələyə həsssaslıq göstərməsini təklif edib. Deyib ki, may ayında bu məsələ ilə bağlı məruzəçi təyin olunacaq. Odur ki, məruzəçiinin ciddi məlumalandırılmasına ehtiyac var. Sərsəngin hündürlüyü 120 metrdən yüksdəkdir. Orada bir qəza baş verəsə, 400 min əhali məhv olmaq təjhlükəsi ilə üz-üzə qalacaq.

Musa Qasımlı deyib ki, bizim vətəndaşlarımızı bəzi ölkələrin turizm zonasları üçün donora çevrilib. Deputat bildirib ki, bu məsələnin qarşısını inzibati yollarla almaq düzgün deyil: “70-ci illərdə Xəzər sahilləri kurort zonası kimi elan olunmuşdu, bu məsələyə qayıtmaq yaxşı olardı”.

Vahid Əhmədov Ukrayna krizisinə Azərbaycanın rəsmi münasibətindən bəhs edib: “Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbyacanın mövqeyi doğrudur və təqdir olunmalıdır. Türkiyə ordusunun baş qərargah rəisi və baş nazir Ərdoğanın Azərbaycan səfəri də bu prosesin tərkib hissəsi kimi qəbul olunmalıdır”.

V.Əhmədov belə bir məqamda Azərbaycan daxilində ölkənin milli təhlükəsizliyini təhdid edən məsələlərə qarşı mübarizəni də vacib sayıb: “Bütün bu meyllər dövlət içində dövlətin yaranmasına gətirib çıxara bilər. Bunun qarşısının alınmasını doğru hesab edirəm”.

Musa Quliyev Azərbaycandan xarici ölkələrə müayinə-müalicəyə gedənlərion olduğuna toxunub. Bildirib ki, ildə 1 milyon xəstələnən varsa, onların 0,5 faizinin xaricə getməsi faciəli deyil: “Ancaq bu adamların xaricdə müalicəsi parakəndə şəkildə həyata keçirilir. Ona görə də səhiyyə turizmi yaradılsın və dövlət bu işə nəzarət etsin”...(musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar