Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisdən Avropa Parlamentinə etiraz


Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib


Sədr Ziyafət Əsgərov əvvəlcə Milli Məclisin 2014-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə məlumat verib. Bildirilib ki, həmin dövrdə Milli Məclisin fəaliyyətində kifayət qədər fəal iştirak edən komitə tərəfindən 5 qanun layihəsi müzakirə edilərək plenar iclasa çıxarılıb.

Sonra komitə sədri gündəlikdə duran “Yanğın təhlükəsizliyi haqqında” və “Hərbu qulluqçuların status haqqında” Azərbaycan Respublikası qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihələri ilə bağlı məlumat verib.

Qeyd edilib ki, “Yanğın təhlükəsizliyi haqqında” Qanuna edilən dəyişikliklərin səbəbi sahibkarlıq sahəsində əsassız yoxlamaların qarşısının alınmasıdır. Dəyişikliklər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.

“Hərbi qulluqçuların statusu haqqında” Qanuna edilən dəyişiklər barədə danışan Z.Əsgərov deyib ki, bu dəyişikliklər Miqrasiya Məcəlləsinin tələblərinə uyğunlaşdırma xarakteri daşıyır. Dəyişikliyə görə qanunun 23-cü maddəsinə üçüncü hissə əlavə olunur. Əlavə olunan hissədə deyilir: “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycandan gedə bilərlər”.

Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra komitə üzvləri Avropa Parlamentinin sentyabrın 18-də Azərbaycanla bağlı qəbul etdikləri qərəzli qətnaməyə münasibət bildiriblər.

Komitə sədrinin müavini Aydın Mirzəzadə təəssüflə qeyd edib ki, Avropa Parlamentində bir qrup deputat Azərbaycan əleyhinə təbliğat aparmaqla, ölkəmiz haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymaqla məşğuldurlar. Əslində onların fikirlərinin arxasında tamam başqa məqsədlərin durduğu aydındır. Azərbaycanın müstəqil daxili və xarici siyasət aparması nədənsə Avropa Parlamentinin bir qrup deputatının maraqlarına cavab vermir. Həmin deputatlar istəyirlər ki, Azərbaycan öz xarici siyasətini məhz onların diqtəsi ilə həyata keçirsin, müstəqilliyindən imtina etsin. Şübhəsiz ki, bu, beynəlxalq hüquq normalarına, diplomatiya qaydalarına uyğun bir məsələ deyil. Azərbaycan müstəqilliyini ona görə qazanmayıb ki, öz daxili, xarici siyasətini xarici qüvvələrin, fondların maraqlarına xidmət edən deputatların diqtəsi ilə müəyyən etsin.

Qeyd edilib ki, qətnamədə əks olunanlar heç bir həqiqəti əks etdirmir. Azərbaycanda demokratiya, azad internet var. Bu cür qətnamənin qəbul olunması Azərbaycana təzyiq vasitəsidir. Əlbəttə, bunlar heç bir zaman Azərbaycan cəmiyyəti tərəfindən qəbul oluna bilməz.

Deputatlar Zahid Oruc, Elman Məmmədov və Aqil Abbas da Avropa Parlamentinin Azərbaycana olan qərəzli mövqeyini pisləyiblər. Bildiriblər ki, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tez-tez ayrı-ayrı şəxslərin hüquqlarının müdafiəsinə qalxırlar. Amma 20 ildən çoxdur ki, bir milyondan artıq azərbaycanlının hüquqları təcavüzkar Ermənistan dövləti tərəfindən pozulur, lakin nə Avropa Parlamenti, nə də digər təşkilatlar bununla bağlı heç bir addım atmırlar.
Çıxışlara yekun vuran Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, bu qətnamənin ruhu başdan ayağa qərəz, böhtan və yalandır. Avropa Parlamentinin 751 deputatından cəmi 46 nəfəri bu qətnamənin hazırlanmasında və qəbulunda iştirak edib. Həmin 46 deputatdan 45-i isə heç Azərbaycanda olmayıb, ölkəmizdəki vəziyyəti bilmir. Yalnız ayrı-ayrı müxalifət təşkilatlarının, özlərini guya hüquq müdafiəçisi adlandıran insanların məruzələri əsasında necə qətnamə qəbul etmək olar?! Buna görə də bu qətnamə tamamilə əsassızdır və qeyri-obyektivdir.(azertac)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar