Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisdən həkimlərə qadağa


Azərbaycanda tibb fəaliyyəti ilə məşğul olan şəxslərin onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilmiş işlər və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirməsi qanunla qadağan edilir


"Trend"-in məlumatına görə, bu məsələ bu gün Milli Məclisin Sosial siyasət komitəsində müzakirə edilən “Əhali sağlamlığının qorunması haqqında” qanununa edilən dəyişiklərdə əksini tapıb.

Qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilmiş işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilimir.

Qanuna edilən digər dəyişikliyə əsasən, tibb müəssisələrində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisələrinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir.

Komitə sədri Hadı Rəcəbli qanuna edilən dəyişikliklərin vacibliyini qeyd edərək bildirib ki, bu, əhalinin sağlamlığının qorunması və gücləndirilməsi üçün nəzərdə tutulur: “Misal üçün, diş müalicəsi üçün lisenziya almış şəxs diş əməliyyatını da həyata keçirir. Qanuna edilmiş dəyişikliklər bu halları qadağan edir və həkim yalnız lisenziyasında göstərilmiş istiqamətlər üzrə fəaliyyət göstərə bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar