Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisin “dərman qoxulu” deputatı: Kəmaləddin Qafurovun passiv bir ili

Son günlər məmurların mediaya təzyiq və basqıları diqqət çəkir. Belə ki, son iki ildə media üzərində monitorinq aparılsa, çoxsaylı media rəhbərinin, jurnalistlərin məhkəməyə verilməsinin şahidi olacağıq. Xüsusən, yerli icra strukturlarının rəhbərləri və millət vəkilləri jurnalistləri xüsusi ittiham qaydasında məhkəməyə verirlər


Əslində, ölkədə “Diffamasiya haqqında” Qanunu qəbul etməli olan deputatların jurnalistləri bu maddəllərlə məhkəməyə verməsi başadüşülən deyil. Amma məsələ bununla yekunlaşmır. Bəzi deputatlar və məmurlar mediadakı əlaqələindən və imkanlarından istifadə etməklə, həmçinin müxtəlif vasitələrlə mediaya təzyiqlər etməyə çalışır, özləri barədə tənqid və şikayətlərə aqressiv münasibət sərgiləyirlər... 

Kəmaləddin Qafarov niyə mediadan gizlənir? 

Belə deputatlardan biri də 2015-ci ildə 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən deputat seçkilən Kəmaləddin Qafarovdur. 

V çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı mandat almış Qafarovun ortada heç bir fəaliyyəti olmadığı halda, tənqidə də dözümsüzlük nümayiş etdirir. Hətta dəfələrlə özü ilə bağlı məlumatları mediadan yığışdırmağa cəhd edib, əksər hallarda da nail olub. Halbuki ölkə başçısı dəfələrlə bəyan edib ki, məmurlar və dövlət rəsmiləri, deputatlar özləri barədə tənqidi yazılardan nəticə çıxarmalıdır, ölkədə söz azadlığına hörmətlə yanaşmalıdırlar. Amma biz tam əksini görürük...

Ötən bir il ərzində parlament üzvlərinin və ümumiyyətlə, ilk dəfə deputat seçilən şəxslərin fəaliyyəti ilə bağlı mətbuatda yazıların yayılması da heç təsadüf onların fəaliyyəti ilə bağlıdır. Təbii ki, passiv fəaliyyət göstərən deputatlar zaman-zaman seçicilərinin tənqidi və qınağı ilə üzləşir. 

K.Qafarovun fəaliyyəti ilə bağlı media üzərindən aparılan araşdırmalar isə göstərir ki, bu deputat mediada çox az görünür, bunun da səbəbi məhz biznes fəaliyyəti ilə bağlıdır. Yəni Parlamentdəki biznesmen deputatlar kimi Qafarov da əsas diqqəti deputat olmamışdan əvvəlki sahəsinə ayırıb. Belə ki, dünyanın ən məşhur axtarış sistemi olan "google”də Kəmaləddin Qafarov adını yazdığımız çox az sayda nəticə çıxır ki, bunun da 90 faizi parlament seçkiləri ərəfəsinə təsadüf edir. 

Kəmaləddin Qafarovun son bir ildə yalnız bir açıqlaması çıxıb, o da hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında dərc olunub. Deputat referendumla bağlı kiçik açıqlama verib və konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin mütərəqqi xarakter daşıdığını deyib. Bu baxımdan Qafarovu 5-ci çağırış seçkilərinin ən passiv deputatı hesab etmək olar. 

Bəs Qafarov seçiciləri ilə niyə görüşmür?

Anaxeber.az-a daxil olan məlumata görə, deputatın mediada az görünməsi və seçiciləri ilə görüşməməsi təsadüfi deyil. Belə ki, deputatın dərman biznesi ilə bağlılığı və məhz bir açıqlamasında da dərman qiymətləri və idxalı ilə bağlı danışması məhz bu biznesi qorumaq üçündür. Mediada yayılan və təkzib edilməyən bir məlumatda da deyilir: "Deputatın biznes şəbəkəsi olduğuna görə, o gözdən uzaq gəzməyə çalışır. Bakıda fəaliyyət göstərən məşhur aptek şəbəkələrindən biri deputatın nəzarətindədir və deputatın başı ona görə qarışıqdır”. 

Apardığımız araşdırmalar zamanı ortaya çıxan məlumatlardan biri də K.Qafarovun dərman biznesinin müdafiəsi, idxal olunan dərmanların ƏDV-dən azad edilməsi ilə ilə bağlıdır. Bu günlər mətbuat və sosial şəbəkələrin əsas mövzusu Binəqədi rayonunda yağışdan sonra yaranmış acınacaqlı durum olduğu halda isə, 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən mandat sahibi olan Kəmaləddin Qafarovun səsi çıxmadı. Hətta seçicilərinin probleminə biganə yanaşması da diqqət çəkdi. 

Anaxeber.az-ın Binəqədi sakinləri ilə apardığı sorğu zamanı da əksər seçicilərin bu bir il ərzində deputatla görüşmədikləri bəlli oldu. Onların sözlərindən aydın oldu ki, deputat seçiciləri ilə görüşməyə maraq göstərmir, onların problemlərini Milli Məclisdə qaldırmır. Hətta icra başçısı ilə də normal münasibətləri olduğundan rayonun adının çəkilməsini belə istəmir. 

Maraqlıdır, əgər seçicilər bu deputatın fəaliyyətindən Milli Məclisə şikayət etsələr, o zaman deputat onların suallarına və tələblərinə nə cavab verəcək? Yoxsa deputatı tənqid etmək qadağası seçicilərə də tətbiq olunub? 
Görünən odur ki, bir il ərzində seçiciləri üçün heç bir müsbət və faydalı iş görə bilməyən deputatdan bundan sonrakı gözləntilər də uğursuz olacaq... Gəlin, gözləyək!

Qeyd edək ki, Kəmaləddin Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirib. Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavinidir. 2015-ci ildə 9 saylı Binəqədi ikinci seçki dairə komissiyasından V çağırış Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilib. Milli Məclis Səhiyyə Komitəsinin üzvüdür.

Mənbə: Anaxeber.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar