Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Qəhrəmanın adı məktəbdən niyə götürülüb?


Təhsil Nazirliyi bu suala cavab tapmaq üçün araşdırmalara başlayıb


Hərbi jurnalist, istefada olan polkovnik-leytenant Üzeyir Cəfərov özünün şəxsi facebook səhifəsində həssas bir məsələdən bəhs edərək mətbuata müraciət edib. 

Müraciətdə deyilir: “Dəyərli dostlar, hörmətli həmkarlar!!! 

Sizə bir qədər əvvəl aldığım çox xoşagəlməz bir hadisə haqqında məlumat vermək istəyirəm. Hesab edirəm ki, aşağıda haqqında bəhs edəcəyim məsələyə görə təhsil naziri Mikayıl Cabbarov şəxsən cavabdehlik daşıdığına görə Milli Qəhrəman Tahir Həsənovun ailə üzvlərindən dərhal üzr istəməli və baş vermiş anlaşılmazlıqla bağlı Azərbaycan ictimaiyyətinə məlumat verməlidir. Bildiyiniz kimi, dünən Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Bakıdakı 23 nömrəli orta məktəbin yenidən tikilmiş binasının açılışında iştirak ediblər.

Axşam saatlarında televiziya kanallarından məktəbin açılışı ilə bağlı reportajda bir cümlə diqqətimi cəlb etmişdi. Orada belə bir ifadə işlənmişdi ki, 23 saylı məktəb bu yaxınlara kimi Tahir Həsənovun adını daşımışdır. Televiziyadan eşitdiyim sözü olduğu kimi burada yazdım. Nə Tahir Həsənovun kimliyi və niyə bu yaxınlara qədər sözlərinə aydınlıq gətirilmədən bu şəkildə təqdimatı ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən döyüşçümüzün, Azərbaycanın Milli Qəhrəmanının olmasına bu cür sayğısızlıq açığı məni çox ağrıtdı. Nədən 20 ildən çox müddətdə Bakının mərkəzində - 28 may küçəsi 14 ünvanda yerləşən 23 saylı orta məktəbdə aparılmış təmir-tikinti işlərindən sonra birdən- birə Milli Qəhrəmanın adının götürülməsinə qərar verildi? Bu məsuliyyəti kim üzərinə götürdü? 1935-ci ildən hazırda yerləşdiyi binada fəaliyyət göstərən təhsil ocağı 1935-ci ildən 1995-ci ilə qədər A .S.Puşkinin adını daşıyıb . Mən başa düşürəm ki, adın dəyişdirilməsi ola bilsin ki, kimlərinsə uğursuz ideyası olub və onlar belə bir addım atıblar. Amma dövlət başçısının da iştrak etdiyi bir tədbirdə bunun edilməsi, hesab edirəm ki, ciddi bir hadisədir və yəqin ki, bu məsələyə aydınlıq gətiriləcək”. 


Ü.Cəfərov xatırladıb ki, Həsənov Tahir Tofiq oğlu 1970-ci il fevralın 22-də Bakı şəhərində anadan olub. 1987-ci ildə paytaxtın Nəsimi rayonundakı 23 nömrəli orta məktəbi bitirib. 1988-ci ildə hərbi xidmətə çağırılıb. 1990-cı ildə isə ordudan tərxis olunduqdan sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdu: “Tahir ailənin yeganə övladı olmasına baxmayaraq, universitetin ikinci kursundan könüllü olaraq vətənin müdafiəsinə qalxan oğulların sırasına qoşulmuşdu. İgid döyüşçü Yuxarı Qarabağda, Ağdərə, Başkənd, Meşəli və Çıldıran əməliyyatlarında fəal iştirak etmişdi. 1992-ci il sentyabrın 2-də cəsur komandir öz dəstəsi ilə Çıldıran yüksəkliyindəki uğurlu əməliyyatdan qayıdarkən düşmənlə üz-üzə gəlmiş və sayca üstün olan ermənilərə qarşı var-qüvvəsi ilə vuruşmuşdu”.

Ü.Cəfərov daha sonra qeyd edir ki, T.Həsənov elə həmin döyüşdə düşmən əlinə keçməmək üçün son anda əlindəki qumbaranı partladaraq həm özünü, həm də ətrafdakı erməniləri öldürmüşdü. Subay idi. 

Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 nömrəli Fərmanı ilə Həsənov Tahir Tofiq oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb: “Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunub. Təhsil aldığı 23 nömrəli orta məktəb də onun adını daşıyır(dı)? Dəyərli dostlar, hesab edirəm ki, bu məsələ ilə əlaqədar yaxın vaxtlarda Bakı şəhər Baş Təhsil İdarəsi və Təhsil Nazirliyinin yetkililəri cəmiyyətə açıqlama verəcəklər. Bir qədər əvvəl isə Milli Qəhrəmanın anası Qalibə xanım Budaqovanın dünən eşitdiyi xoşagəlməz xəbərdən sonra halının pisləşməsi xəbərini aldıq. Döyüşçü dostlarımız mərhum silahdaşlarının valideynlərini bir qədər səbrli olmalarını xahiş etsələr də, belə acınacaqlı vəziyyətlə rastlaşdıqlarına görə çaşqın vəziyyətdə olan Milli Qəhrəmanımızın ailə üzvləri şok içərisindədirlər. Allah cəmi Şəhidlərimizi rəhmət eləsin!”

Nə baş verdiyini öyrənmək üçün məsələ ilə əlaqədar Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. 

Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirdi ki, bu barədə ona da məlumat daxil olub: “Məsələ araşdırılır”. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar