Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Şura İbrahimbəyovu necə “təmizə çıxaracaq“?


Kinodramaturq, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov “The New Times” nəşrinə müsahibəsində iki qalmaqallı fikir söyləyib


O, əvvəla deyib ki, “biz erməni xalqı ilə düşmən deyilik və gec-tez mütləq barışacağıq. ErmənistanAzərbaycan xalqları baş verənlərə görə günahkar deyillər”.

Daha sonra isə Krımın Rusiyaya birləşdirilməsinə haqq qazandırıb: “Uşaqlıda Tolstoyun “Sevastopol hekayələri”ni oxuyan istənilən şəxs kimi mən də hesab edirəm ki, Krım Rusiya torpağıdır. Bu torpaqlar Xrüşşov dövründə Ukraynaya keçib”.

Aydındır ki, pulunu kim verirsə, Rüstəm İbrahimbəyov da onun marağına uyğun danışır. Əgər, məsələn, Türkiyədən maliyyələşsə idi, Krımın Osmanlıya aid olduğu vaxtlardan danışıb, Giray xanın sülaləsini yada salacaqdı. Qərbdən maliyyələşsə, Krımın Bizans imperiyasındakı yerindən söz aça bilərdi. Amma Rusiyadan maliyyələşir və bu maliyyəni doğrultmalıdır. Ona görə də, əslində təəccüblənmirik.

Amma təbii ki, İbrahimbəyovun ortaya qoyduğu məntiq tamamilə absurddur: ədəbi əsərlərlə görə müəyyən etsək, indi Təbriz də, İrəvan da, Borçalı da, Dərbənd də Azərbaycan torpağı olmalıdır!

Maraqlıdır: Milli Şura öz fəxri sədrinin bu yanaşmasını necə yuyub-təmizləyəcək? Qərbdəki sponsorlarına necə izah edəcək? Ona görə də, tezliklə Milli Şuranın Rüstəm İbrahimbəyovdan imtina etdiyini eşitsək, təəccüblənməyək… Bu qurum öz aləmində guya Rusiya ilə Qərbin arasında orta xətt tutmaq və hər ikisindən faydalanmaq istəyir, amma belə görünür ki, çətin olacaq…

O ki qaldı bizim erməni xalqı ilə düşmən olmadığımız haqda fikirlərə, bu da təzə bir şey deyil, illərdir ki, bunu bizim beynimizə yeritməyə çalışırlar. Biz bu dostluğu qəbul etsək, sonra nə olacaq? Axı dostla vuruşmazlar… Torpaq isə “dost”un işğalındadır… 

Əgər bir qurumu fəxri sədri belə deyirsə, onun üzvləri hansı sifətlə Qarabağdan danışacaqlar? Hərçənd, bu, onlar üçün problem deyil – onların sifəti çoxdur…

Bir vacib məqam da var: İbrahimbəyovun çəkdiyi filmdə azərbaycanlı qadın erməniyə ərə gedib, ondan uşaq doğub və sonra ikinci dəfə azərbaycanlıya ərə gedib. İndi həmin azərbaycanlı ata azərbaycanlı arvadının birinci əri olan ermənidən doğduğu uşağı böyüdür. Bu, nə absurd teatrıdır belə? Adətən bizimkilər ermənidən qız alıblar, amma erməniyə qız verməyiblər. Bəlkə də istisna hal kimi haradasa belə bir şey olub. Amma bu, qaydanı təsdiqləyən istisnalar sinfinə daxildir. Hətta olubsa belə, onu filmin əsasında qoymaqla hansı mesaj verilir? 

Burada çox yaramaz və vicdansızcasına bir mesaj gizlədilib: guya azərbaycanlıların genefondunda gizli şəkildə erməni genləri var. İbrahimbəyov bunu eləməklə Azərbaycanda istisnasız olaraq hamının nifrətini qazanacaq. Bircə radikal müxalifətdən başqa... 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar