Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Şura mitinq anonsu verdi


Elman Fəttah: “Kütləvi aksiyalar Müsavatın da müzakirə etdiyi məsələdir”


Referendum bitdi. Bundan sonra ölkə müxalifətinin mitinqlərə yenidən start verib-verməyəcəyi müzakirə olunan məsələlərdəndir. Hələlik görünən budur ki, referendumdan öncə demokratik düşərgə 11-13 və 18 sentyabr tarixlərində keçirdiyi etiraz aksiyaları ilə işini bitmiş hesab edib.

Amma bu aksiyalarda müxalifətin məqsədinə çatdığını söyləmək mümkün deyil. Belə ki, 3 mitinqdə ən yaxşı halda siyasi düşərgə meydana 10 minə yaxın etirazçı çıxara bildi. Bu isə qənaətbəxş sayıla bilməz. Xüsusilə Milli Şura və Müsavat arasında mitinqlərdən sonra başlayan narazılığın aksiyaların üzərinə kölgə saldığı və referendum öncəsi azacıq da olsa, vətəndaşlar arasında artan fəallığa ciddi zərbə vurduğu heç kəsə sirr deyil. Milli Şuranın 11 sentyabr mitinqində AXCP sədri Əli Kərimli Müsavatın 18 sentyabrda aksiya təyin etdiyini bilə-bilə bir gün öncəyə mitinq təyin etdi, əvəzində ilk aksiyadan dəfələrlə az sayda etirazçı meydana çıxdı. Müsavatın 18 sentyabr mitinqində isə başqan Arif Hacılı Milli Şuranın əvvəlcədən təyin etdiyi 24 sentyabr mitinqinə dəstək verəcəklərini söylədi, ardınca Milli Şura həmin aksiyanı keçirməkdən imtina etdi. Bütün bunlar ana müxalifət partiyalarının imicinə bir daha sarsıdıcı zərbə oldu. 

Bütün bunlara baxmayaraq, Milli Şura yenidən aksiyalar keçirmək niyyətindədir. Quruma daxil olan partiyalardan AXCP sədri Əli Kərimli bununla bağlı öz facebook səhifəsində status paylaşıb: “Dostlar, mitinqlərə hazırlığımız davam edir. Hazırda Azərbaycan hökumətinin insan haqlarına hörmətlə bağlı qarşılarında öhdəlik götürdüyü beynəlxalq təşkilatlarla ciddi işləyirik ki, hakimiyyətin öz dinc əhalisinə zor tətbiq etməsinə etirazlarını bildirsinlər, sərbəst toplaşmaq azadlığına təminat verilməsi və mitinq məhbuslarının dərhal azad olunması üçün danışıqlar aparsınlar. İlkin nəticələr də var...” 

Müsavat Partiyasının isə referendumdan sonra mitinqlər mövzusunda hansı addımları atacağı bəlli deyil. Başqan müavini Elman Fəttah “Yeni Müsavat”a açıqlamasında bunları dedi: “Sentyabrın 27-də Müsavat Partiyası referendum haqda ilkin rəyini yayacaq. Ayın 28-i isə Milli Strateji Düşüncə Mərkəzi ilə birgə, referendumla bağlı dəyirmi masa keçirəcək. Kütləvi aksiyalar Müsavatın müzakirə etdiyi məsələdir. Qərar olduğunda ictimaiyyətə açıqlama veriləcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar