Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Şura rəngini niyə dəyişdi?


Milli Şura mayın 31-də növbəti uğursuz mitinqinə hazırlaşır. Ha çalışsalar da, mitinqə 700-800 nəfərdən artıq insanı cəlb edə bilmirlər. Gələnlərin də əksəriyyəti banklardan götürdüklər krediti ödəmək istəməyənlərdir


Virtual aləmdə `event`lər yaradırlar, insanları mitinqə çağırırlar, facebook-da pullu reklam yerləşdirirlər, amma xeyri olmur ki, olmur. Səbəbini izah etməyə ehtiyac yoxdur. 

Əvvəlki mitinqlərdə narıncı, çəhrayı, mavi rəng altında “talana son” deyirdilər. İndi isə yaşıl rəng altında “xilas olaq” şüarı ilə çıxacaqlarını bəyan edirlər. Adamlardan soruşmaq lazımdır: nədən xilas olmaq istəyirsən? Və yaxud özləri özlərinə bu sualı veriblərmi?

İki aydı çalışırlar ki, mitinq təşkil etsinlər. Hər dəfə bir bəhanəylə mitinqdən imtina edirlər: “Yox, biz bazar günü mitinq etmək istəyirik, hakimiyyət bizə imkan vermir, deyir get, şənbə günü mitinqini keçir”. Özləri həftənin 6 günü istirahət edib, insanların istirahət gününü pozmaq istəyirlər. Bunlar hələ də anlamayıblar ki, mitinqə bir binanın sakinlərinin sayı qədər insan çıxarda bilmirlər, amma mitinq keçirilən ərazinin ətrafında olan binaların sakinlərinin hüquqlarını pozurlar. 

Bina demişkən, mayın 19-da Bakıda faciə baş verdi. Prezident başda olmaqla bir çox məmurlar faciə baş verən ərazidə oldular. Faciənin nəticələrinin aradan qaldırılması üçün dövlət komissiyası yaradıldı. Zərərçəkmişlərə maddi yardımlar olundu. İnsanlar faciə qurbanlarını yad etdilər. Lakin və amma özlərini millət, vətən, xalq fədaisi elan edənlərdən heç biri orda gözə dəymədi. 

Əli Kərimli mitinqin şənbə günü keçirilməsinə ona görə razılaşıb ki, faciəyə görə üzülən insanları aksiyaya cəlb etsin. Fürsətçiliyin də bu qədəri olmaz. Bunun adına sadəcə, vicdansızlıq deyirlər. Faciənin üzərindən özünə siyasi xal toplamaq ancaq və ancaq Əli Kərimlinin ağlına gələ bilərdi. Çünki faciə üzərindən xal toplamaq Əli Kərimlinin ilk işi deyil. 

Əli Kərimli Əbülfəz Elçibəyin xəstəliyin şiddətli vaxtında partiyanın məclisinin çağırılmasına nail olub, xəstə insanı məcburən məclisin iclasına gətizdirən adamdır. Əli Kərimli dəqiq bilirdi ki, Əbülfəz Elçibəyi o formada məclisə gətizdirməklə onun ölümünü sürətləndirəcək. O vaxt Əli Kərimlini istəyinə nail oldu.

Həmin məclisinin iclasından 2 ay sonra Əbülfəz Elçibəy vəfat etdi. Əbülfəz Elçibəyin ağır durumuna sevinən Əli Kərimli rahatlıqla partiyaya sahiblik etdi. 

Yazının əvvəlində Milli Şuranın mitinq çağırışlarında cürbəcür rənglərdən istifadə etməyini yazmışdım. İndi o rəngləri bir bayraq altında birləşdirəndə LGBT-nin bayrağı alınır. Deyəsən, hər şey öz yerini tutur...(azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar